• cümə, 19 Aprel, 04:21
  • Baku Bakı 18°C

Ramazan fətvası verildi

08.07.13 14:50 1544
Ramazan fətvası verildi
Qafqaz Müsəlmanları İdarəsi Qazıilər Şurası Ramazan ayı ilə bağlı fətva verib. Ramazan ayının ilk günü bu il miladi təqvimi ilə iyul ayının 10-na təsadüf edir. İyul ayının 9-u isə orucluğun niyyət gecəsidir.
9 iyulda qəza və ya müstəhəb niyyətlə oruc tutmaq məsləhətdir. Şəffal ayının hilalının görünməsindən asılı olaraq, Ramazan – Fitrə bayramı miladi təqvimi ilə avqustun 9-u və ya 10-na düşür.
“Ramazan ayının ilk gününün başlanması tarixinin bir daha dəqiqləşdirilməsi ilə bağlı Şamaxı Astrofizika Rəsədxanası ilə yenidən danışıqlar aparmışıq”. Lent.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının iclasında Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Onun sözlərinə görə, AMEA-dan bildirilib ki, sabah yeni ayın görünməsi ehtimalı daha çoxdur. Ramazan ayının başlanması tarixinin dəqiqliyi ilə bağlı bir qədər boşluq və çətinliyin yarandığını diqqətə çatdıran A.Paşazadə deyib ki, ayın görünməsi Allahın işidir və bu işə qarışmaq olmaz: “Mən özüm sabah ehtiyat orucu tutacam. Kiminsə orucu sabahdan, yaxud birisigündən tutması ilə bağlı heç bir məcburiyyət yoxdur. Yəni oruc tutmaq istəyənlər iyulun 9-u və 10-dan başlaya bilərlər”.
banner

Oxşar Xəbərlər