• şənbə, 20 Aprel, 04:28
  • Baku Bakı 15°C

Rail Məlikov ilinə 60-70 min dollarlıq təklifdən imtina etdi

01.07.14 14:58 1024
Rail Məlikov ilinə 60-70 min dollarlıq təklifdən imtina etdi
"Qəbələ"dən ayrıldıqdan sonra işsiz qalan futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Rail Məlikov yeni klub axtarışlarını davam etdirir.
Azerisport.az xəbər verir ki, o, hazırda Türkiyədə oynamaq variantını nəzərdən keçirir.
Maraqlıdı ki, "Qəbələ" ilə müqaviləsi bitən bu futbolçuya yeni təklif ünvanlasa da, o, bununla razılaşmayıb. Belə ki, rəhbərlik Railə ilinə 60-70 min dollar olmaqla yeni müqavilə təklif edib. Baxmayaraq ki, yeni baş məşqçi Dorinel Muntyanu onun xidmətində maraqlı deyil. Amma Məlikov bu pula oynamağa razılaşmayıb və digər təklifləri nəzərdən keçirməkdədir.
banner

Oxşar Xəbərlər