• çərşənbə axşamı, 23 aprel, 11:50
  • Baku Bakı 20°C

Rafiq Hüseynov danışdı: “Müayinələr göstərdi ki...”

02.02.15 08:49 1132
Rafiq Hüseynov danışdı: “Müayinələr göstərdi ki...”
Bunu APA-ya açıqlamasında xalq artisti, məşhur diktor Rafiq Hüseynov deyib.
R. Hüseynov, son müayinələrinin nəticəsinin müsbət olduğunu açıqlayıb: “Bundan əvvəlki müayinədə həkimlər ehtimal edirdilər ki, əməliyyatın yeni fəsadı üzə çıxa bilər. Yeni şiş təhlükəsi, növbəti dəfə əməliyyat ehtimalı var idi. Amma müayinələr göstərdi ki, qorxulu heç nə yoxdur”.
R. Hüseynov əlavə edib ki, hazırda özünü yaxşı hiss edir: “Həkimlərin cavabından sonra hamımız rahat olduq. İndi özümü yaxşı hiss edirəm, şikayətim yoxdur. Üç aydan sonra yenidən müayinəyə gedəcəyəm”.
Qeyd edək ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir.
banner

Oxşar Xəbərlər