• cümə, 29 Mart, 00:39
  • Baku Bakı 7°C

Rafiq Əliyevi küsdürüblər

23.08.13 12:11 1266
Rafiq Əliyevi küsdürüblər
Ziyalılar forumunun aparıcı simalarından sayılan Rafiq Əliyevin siyasi proseslərin qızğın vaxtında gözə dəyməməsi müxtəlif versiyalara yol açıb. Nəzərə alsaq ki, onun adı hələ Milli Şura elan edilən ilk vaxtlarda vahid namizəd kimi hallanırdı. O, özünü neytral elan etsə də, zaman-zaman İctimai Palata adlanan qurumda cəmlənin müxalifət təmsilçiləri ilə təmaslar qurmuş, müxtəlif mövzularda fikir mübadiləsi aparmışdı. Bəs nə üçün hadisələrin qızışan vaxtında Rafiq Əliyev gözə dəymir?
Eldəniz Quliyevin verdiyi məlumata görə o, xaricdədir və ümumiyyətlə Ziyalılar Forumunun fəaliyyəti dayandırılıb. Maraqlıdır ki, iki ildir müxtəlif ictimai məsələlər ətrafında Amerika Konqresi kimi dinləmələr keçirən forum niyə passivləşib? Bəlkə prezident seçkiləri ərəfəsində müxalifətə ziyalı lazım deyil?
Dəqiqləşdirdiyimiz məlumata görə həqiqətən də ölkə xaricində olan Rafiq Əliyevin qəfil gedişi heç də sıradan bir səfər deyil. Belə ki, vahid namizəd məsələsində adının hallandırılmasını istəməyən R.Əliyev proseslərin əvvəlindən Rüstəm İbrahimbəyovun da namizədliynə qarşı olub. O, İbrahimbəyovun evində keçirilən qapalı görüşdə bu fikri səsləndirib və qarşı tərəfin qınağına tuş gəlib. Eldar Namazov isə belə açıqlamaların həm Ziyalılar Forumunun, həm də gələcək seçki taktikasının maraqlarına cavab vermədiyini bildirib. Görüşü yarımçıq tərk edən R.Əliyev hər hansı rəsmi açıqlama verməsə də forumda fəaliyyətini dayandırıb və az sonra ölkəni tərk edib.
Ziyalılar Forumunun aparıcı simasının küsməsindən sonra faktiki olaraq forum fəaliyyətini dayandırmış olub. Görünür ziyalılar Rüstəm İbrahimbəyova və onun kölgəsinə çevrilmiş «reneqat» Eldar Namazova yalnız seçkilərə qədər lazım imiş…
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər