• cümə, 19 Aprel, 14:33
  • Baku Bakı 25°C

Rafət El Roman Bakıda torpaq alır

17.07.13 14:00 1506
Rafət El Roman Bakıda torpaq alır
Türkiyənin məşhur müğənnisi Rafet El Roman artıq Bakıdadır.
“Qafqazinfo”nun məlumatına görə, hava limanında juranalistlərə açıqlama verən Rafet bildirib ki, Azərbaycan tez-tez gəlmək onu çox sevdirir: “Mən Azərbaycana tez-tez gəlirəm. Bura çox bağlıyam. Hətta dostlarıma demişəm, mənə dəniz kənarıda ərazi tapsınlar alım. Burda özümə ev tikdirmək istəyirəm. Burda insanların qonaqpərvərliyi hər şeyə dəyər. Sabakı konsertim gənc azərbaycanlı müğənni, çox istedadlı qız Ezo ilə birlikdə inanıram ki, uğurlu olacaq. Bütün mətbuat işçilərini Rafet El Roman olaraq konsertə dəvət edirəm. Təşkilatçılardan da media üçün özəl olaraq yer ayırmalarını xahiş etmişəm. Çünki, mətbuat işçiləri hər zaman biz sənətçilərin yanında olan insanlardı”.
Sabah “Yaşıl teatır”da baş tutacaq Rafet El Roman və ifaçı Ezo konsertində Aygün Kazımova da iştirak edəcək.
banner

Oxşar Xəbərlər