• şənbə, 20 Aprel, 03:58
  • Baku Bakı 15°C

Rafael Ağayev Avropa çempionatının finalına yüksəlib

29.03.19 09:45 713
Rafael Ağayev Avropa çempionatının finalına yüksəlib
İspaniyanın Quadalaxara şəhərində böyüklərin 54-cü Avropa çempionatı çərçivəsində Azərbaycan karateçisi Rafael Ağayev final mərhələsinə yüksəlib.
Trend-in Azərbaycan Milli Karate Federasiyasına istinadən verdiyi məlumata görə, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev rəqiblər Yusid Suljiçi (Bosniya və Herseqovina) - 3:0, Bekim Başanı (Albaniya) - 3:1, Elhami Şabanini (Kosova) - 3:0 və Stanislav Horunanı (Ukrayna) - 5:1 məğlub edərək buna nail olub.
Finalda Rafael Ağayev İtaliya təmsilçisi Luici Busa ilə üz-üzə gələcək. Final martın 30-u baş tutacaq.
banner

Oxşar Xəbərlər