• cümə axşamı, 25 aprel, 19:02
  • Baku Bakı 21°C

Bakıda zavodda partlayış olub, xəsarət alan yoxdur - Yenilənib

06.02.18 20:59 876
Bakıda zavodda partlayış olub, xəsarət alan yoxdur - Yenilənib
Səhiyyə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
-----------
20:00

BakıdaMüdafiə Sənayesi Nazirliyi"Üfüq” İstehsalat Birliyinin "Radioquraşdırma" zavodu ərazisində partlayışbaş verib.

APA-nın xəbərinə görə, partlayış yanğınla müşahidə olunub.

Hadisə zavod ərazisindəki istehsalat sahələrindən birində baş verib və o qədər də böyük olmayan ərazini əhatə edib.

Partlayış səsi ətraf ərazilərdən eşidilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananların olması barədə ilkin məlumat yoxdur.
banner

Oxşar Xəbərlər