Radikalların şirin marçıltısı
Dünyanın o biri başında - hansısa ölkədə siyasi dəyişiklik baş verir.
Dünyanın bu biri başında – Azərbaycanda radikal müxalifət "vəzifəsi”ndə
oturanlar cuşa gəlirlər: Bu hadisələr bizdə də olacaq.
O vətəndaşlar ölkənin inkişafı naminə səylə, vicdanla çalışırlar. Qurulanı daha da inkişaf etdirmək üçün. O vətəndaşlar sağlam düşüncə sahibidirlər, "ərəb baharı”nın, " narıncı inqilab”ların ölkələrə hansı "inkişafı” gətirdiyinin fərqindədirlər.
Daha əlləri hər yerdən üzülüb. Çoxdandır, dünyanın nə o, nə də bu başında "külək” əsmir, nə "ərəb baharı” olur, nə də "narıncı inqilab”.
Amma bunlar ağızlarını şirin-şirin marçıldadırlar. Marçıldatmaq üçün hansısa ölkənin bir şəhərində keçirilən bələdiyyə seçkilərini də "çeynəyirlər”.
Türkiyənin İstanbul şəhərində bələdiyyə seçkiləri keçirilib. Müxalifətin nümayəndəsi qalib gəlib. Qalib gələn nümayəndə iqtidara əməkdaşlıq əlini uzadıb. İqtidar da onu təbrik edib, hər cür dəstək verəcəyini bildirib. Bizim radikallar isə belə sivil münasibətləri görməyərək, İstanbuldakı seçkini müxalifətin iqtidarı devirməsi kimi qəbul edirlər.
- Belə şirin-şirin nə yeyirsən?
Molla cavab verir:
- Külək belə əssə, heç nə.
Marçıldatmağa nə qadağa? Marçıldadın nə qədər istəyirsiniz. Özü də şirin-şirin. Amma bilin ki, külək belə əsdikcə, heç nə yeyə bilməyəcəksiniz. Elə yeyəcəyiniz "radikal müxalifət vəzifəsi” olacaq.
Gün keçir, ay ötür, il tamamlanır, amma onların dedikləri olmur ki,
olmur.
Dünyanın bu biri başında – Azərbaycana qonşu olan ölkədə siyasi
dəyişiklik yaşanır. Yenə də cuşa gəlirlər: Mütləq, mütləq, biz də olmalıdır bu dəyişiklik. Ola bilməz
ki, olmasın. Qonşuyuq axı. Yenə də gün keçir, ay ötür, il tamamlanır, ancaq qonşuda olan
"inqilab” Azərbaycanda baş vermir. Amma dayanmırlar "radikal müxalifət
vəzifəsi”ndə oturanlar. Qulaqlarını sərhədlərdən o tərəf şəkləyir, gözlərini
yollara dikirlər. Başqa-başqa ölkələrdə "inqilab” səs-sədası eşitmək üçün.
Fərqi yoxdur, istəyir dünyanın o başında olsun, istəyirsə də bu başında.
Bu adamların analiz, təhlil qabiliyyətləri olsa, oturub düşünərlər,
fikirləşərlər ki, dedikləri "inqilab”ın olması üçün hansı amillər vacibdir.
Bir ölkədə onların arzuladıqları "inqilab”ın olması üçün bəlli
situasiyanın yetişməsi vacib olmalıdır axı. Ölkədə ağır iqtisadi-siyasi böhran
yaşanmalıdır. Axı ölkə inkişaf yolunu tutubsa, inqilab niyə baş versin ki? Axı
inkişaf edən o ölkənin vətəndaşları sağlam düşüncəyə sahibdirlər. Axı o ölkənin
vətəndaşları "radikal müxalifət vəzifəsi”ndə deyillər. O vətəndaşlar evlərinə
apardıqları çörəyi ölkədə süni gərginliyin, xaosun yaradılması üçün xaricdən
gələn qrant pulu ilə almırlar.O vətəndaşlar ölkənin inkişafı naminə səylə, vicdanla çalışırlar. Qurulanı daha da inkişaf etdirmək üçün. O vətəndaşlar sağlam düşüncə sahibidirlər, "ərəb baharı”nın, " narıncı inqilab”ların ölkələrə hansı "inkişafı” gətirdiyinin fərqindədirlər.
Öz ölkəsinin çörəyini yeyənlər öz ölkəsini qorumaqda, qoruyaraq da
inkişaf etdirməkdə israrlıdırlar.
Amma xaricdən qrant alanlar üçün belə dəyər yoxdur. Onlar "inqilab”
arzulayırlar. Harada "xaos küləyi” əsirsə, "mütləq burda da əsəcək” deyirlər. Daha əlləri hər yerdən üzülüb. Çoxdandır, dünyanın nə o, nə də bu başında "külək” əsmir, nə "ərəb baharı” olur, nə də "narıncı inqilab”.
Amma bunlar ağızlarını şirin-şirin marçıldadırlar. Marçıldatmaq üçün hansısa ölkənin bir şəhərində keçirilən bələdiyyə seçkilərini də "çeynəyirlər”.
Türkiyənin İstanbul şəhərində bələdiyyə seçkiləri keçirilib. Müxalifətin nümayəndəsi qalib gəlib. Qalib gələn nümayəndə iqtidara əməkdaşlıq əlini uzadıb. İqtidar da onu təbrik edib, hər cür dəstək verəcəyini bildirib. Bizim radikallar isə belə sivil münasibətləri görməyərək, İstanbuldakı seçkini müxalifətin iqtidarı devirməsi kimi qəbul edirlər.
Azərbaycanda "radikal müxalifət vəzifəsi”ndə oturanlar ağızlarını
marçıldadırlar – bu "külək” bizdə də əsəcək, ola bilməz ki, əsməsin, qonşuyuq
axı” deyirlər.
Yenə də siyasi təhlil, analiz qabiliyyətlərinin olmadığı üzə çıxır.
Yenə də ayranı şora qatırlar. Amma anlamırlar ki, bu külək onların arzuladığı
"külək” deyil. Bu, inkişaf küləyidir, bu, sabitlik küləyidir. O külək də
Azərbaycanda uzun müddətdir ki, əsir. O külək ölkəsinin rifahı üçün səylə,
vicdanla çalışan hər bir vətəndaşa xoş ovqat bəxş edir. Siyasi təhlil, analiz
qabiliyyətləri olsaydı, İmamoğlu nümunəsindən faydalanardılar. Başa düşərdilər
ki, xaos arzusu ilə xalqın rəğbətini qazanmaq olmaz, inkişaf sorağında
olmalısan bunun üçün. Başa düşərdilər ki, iqtidarın inkişaf naminə gördüyü hər
biri işi qara rəngdə təqdim etmək olmaz. Başa düşərdilər ki, rəngləri seçməyi
yaxşı bacaran xalq hər şeyi qara görənlərə, "qara məmləkət” arzunda olanlara
dəstək verməyəcək. Anlasaydılar, başa düşsəydilər... İstanbulda keçirilən bələdiyyə seçkilərindən sonra radikal
müxalifətin ağzını şirin-şirin marçıldadaraq "o külək bizdə də əsəcək” deməsi
adamın yadına bir lətifəni salır. Deməli, molla eşşəyin üstündə gedir, bərk də
külək əsir. Molla xurcundakı qorğa götürüb ağzına qoymaq istəsə də, külək imkan
vermir. Qorğa havaya uçur, amma molla da özünü o yerə qoymur, ağzını
şirin-şirin marçıldadır.
Yolla keçən birisi bunu görüb molladan soruşur? - Belə şirin-şirin nə yeyirsən?
Molla cavab verir:
- Külək belə əssə, heç nə.
Marçıldatmağa nə qadağa? Marçıldadın nə qədər istəyirsiniz. Özü də şirin-şirin. Amma bilin ki, külək belə əsdikcə, heç nə yeyə bilməyəcəksiniz. Elə yeyəcəyiniz "radikal müxalifət vəzifəsi” olacaq.