
Radikal düşərgədə mənəvi-əxlaqi deqradasiya - Fotolar - Video

Radikal müxalifət
cameəsində, xüsusən AXCP-də gərginlik, narahatlıq yaşanmaqdadır. Elə təsəvvür
etməyin ki, bu "canlanma” hansısa siyasi addımla, yaxud qarşıdan gələn
bələdiyyə seçkiləri ilə əlaqədardır. Əsla belə deyil. Çünki, indiyə qədər
ölkədə keçirilən bütün seçkiləri uduzan, məğlubiyyətə rəğmən istefa verməyən,
kənara çəkilməyi, yeni nəsil müxalifətçilərin üzə çıxmasına şərait yaratmayan
"lider” və tərəfdarları üçün seçki heç zaman əsas hadisə olmayıb. Onlar üzdə
"demokrat”, daxildə diktator, sözdə düzgünlükdən, vətənpərvərlikdən, milli dövlətçilik
maraqlarından danışan, əsl reallıqda isə şəxsi maraqlarını hər şeydən üstün
tutan şəxslər olublar. Zaman-zaman baş verən hadisələr özlərini müxalifətçi
adlandıran bu şəxslərin hansı əxlaqi-mənəvi keyfiyyətə sahib olduqlarını da gün
işığına çıxarıb.

Bu günlərdə AXCP sədrinin
müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur "Facebook” sosial şəbəkəsində yazdığı
statusla Əli Kərimlini, həmçinin onun yaxın ətrafını, o cümlədən F.Qəhrəmanlını
ifşa edib. Gənc qız üzdə demokratiyadan, humanizmdən, insan haqlarından, qadın
hüququndan danışan atası F.Qəhrəmanlının evdə həyat yoldaşı Zümrüd Yağmura,
doğma qızlarına yaşatdığı mənəvi terrordan, fiziki təzyiq və işgəncələrdən
söhbət açıb, atasından imtina edib.

Danışdıqca batan
F.Qəhrəmanlı düşdüyü çətin vəziyyətdən çıxış üçün çarəni olanlara görə iqtidarı
günahlandırmaqda görüb, absurd, məsuliyyətsiz iddialar səsləndirib. Bir anlıq
təsəvvür edək ki, AXCP funksioneri F.Qəhrəmanlı haqlıdır, bu oyunu hökumət ssenariləşdirib.
Bu zaman haqlı olaraq belə bir sual yaranır: Sən necə ailə başçısı, siyasətçi
və müxalifətçisən ki, ailə üzvlərin sənə deyil, kənar müdaxiləyə, kənardan
deyilən sözlərə, verilən vədlərə üstünlük verir? Ən pis, ürəkbulandıran məqam
isə budur ki, qeyd edilən hadisə barədə sosial şəbəkədə davam edən
müzakirələrdə cəbhəçi trollar S.Yağmurun ünvanına çoxsaylı təhqirlər
səsləndirirlər. Özünü müxalifətçi hesab edən ata F.Qəhrəmanlı AXCP-nin sədr
müavini postundan istefa versə də, hazırda bu iyrənc mənzərəni kənardan seyr
edir, Ə.Kərimlinin söyüş ordusunun onu bu sayaq müdafiəsindən həzz alır. Baxmayaraq
ki, söyülən, təhqir olunan onun ailə üzvləri, övladı və həyat yoldaşıdır.

Son günlər yaşanan başqa
bir hadisə də AXCP-yə, onun sədrinə böyük zərbə vurub. Belə ki, xalqın real
dəstəyini itirdiyi üçün əsas fəaliyyətini sosial şəbəkə üzərində quran, Ə.Kərimli
daim əks arqumentə, alternativ fikrə qarşı dözümsüz olub. Onun bu
dözümsüzlüyünü şəxsi səhifəsində paylaşdığı yazılara, eləcə də AXCP sədrinə
yaxınlığı ilə seçilən şəxslərin profilində paylaşılan statuslara sosial şəbəkə
istifadəçilərinin yazdıqları tənqidi rəylərə münasibətdə görmək olar. Ə.Kərimli
və yaxın ətrafı haqlı tənqid qarşısında aciz qaldıqları üçün ya həmin rəyləri
pozur, şəxsi profilləri "blok”a atır, ya da sahiblərinə "hökumətin trolu”, "satqın”,
"xəyanətkar” damğası vuraraq mənəvi terror yaşadırlar. Bu söyüş ordusunun
yazdığı "cavablardan” onların eyni mərkəzdən, eyni şəxs tərəfindən yönəldiyi,
idarə olunduğu açıq-aydın sezilsə də, AXCP sədri və tərəfdarları bu "feyk”
profilləri real şəxslər, səmimi vətəndaşlar, AXCP üzvləri kimi qələmə
verirdilər.

Lakin internetdə yeni yayılan səs yazısı Ə.Kərimlinin trol dəstəsi
saxladığını növbəti dəfə təsdiqləyib. İfşaedici səsyazısı partiyadaxili trol
şəbəkələrindən birinə nəzarət edən AXCP Ali Məclisinin üzvü Rəşid Turabovunmüraciəti ilə bağlıdır. Səs yazısından aydın olur ki, partiyadaxili troll
şəbəkələri qapalı "WhatsApp” qrupları vasitəsilə idarə edilir. Bütün məxfi
təlimatlar da məhz bu qruplar vasitəsilə trollara çatdırılır. Onlar da öz
növbəsində şəxsi profilləri və nəzarətlərində olan "feyk” profillər vasitəsilə
Ə.Kərimlinin verdiyi əmrləri yerinə yetirirlər.
AXCP ətrafında baş verən
son iki olay Ə.Kərimli və onun ətrafındakı azsaylı dəstəkçilərindən başqa, hər
kəsdə ikrah doğurub. Hətta hökumətə qarşı müxalif mövqedə dayanan şəxslər də bu
mənzərəni yaradanları tənqid atəşinə tutublar. Hazırda Avropada yaşayan Emin Milli son yaşananları nəzərə
alaraq yazıb ki, həyat yoldaşını və öz qızını illərlə döyən, sümüklərini
sındıran siyasətçi (F.Qəhrəmanlın nəzərdə tutur) həbs olunmalıdır: "Bunu bilib
və belə siyasətçini müavin kimi saxlayan "demokrat" siyasətçi (Əli
Kərimlini nəzərdə tutur) istefa verməlidir, əgər aparılan mübarizə demokratiya
və azadlıq dəyərləri uğrundadırsa. Yalnız Fuad bəyin istefası ilə kifayətlənənləri
isə anlaya bilmirəm. Nə uğrunda mübarizə aparırsınız? Siz AXCP üzvlərinin, Əli
Kərimlinin, onun müavinlərinin bu hadisəyə reaksiyalarını oxuyursunuz? Onlar
Fuad Qəhrəmanlını bu gün də müdafiə edir, döyülənləri təhqir edir, haqq sözünü
deyənləri təhqir edir və hədələyirlər. Bunlarla birlikdə demokratiya quraq
deyirsiniz? Bunlarla yalnız totalitar rejim qurmaq olar, hamınız da
güllələnərsiniz, asılarsınız o rejimə qarşı çıxsanız. Selcanı müdafiə etdiyim
son statusa 1700 like gəlib, amma 800 şərh sırf AXCP trolların söyüşləridir,
təhqirləridir, hədələridir”.

Müxalifətçi
vəkil Ənnağı Hacıbəyli baş verən hadisələrdən sonra Selcanın birmənalı
dəstəklənməsini, F.Qəhrəmanlı dərhal istefaya göndərilməsini zəruri sayıb. O,
heç bir partiyada tənqidə anlayış, dözüm, normal münasibət olmadığını diqqətə
çatdırıb. Qeyd edib ki, hətta bu həssas olaydan siyasi məqsədlər üçün
yararlanma kimi fürsətcil reaksiyalar müxalifət partiyaları arasında normal
münasibətlərin olmadığını göstərir: "Ağa ağ, qaraya qara deməyən və bunu
partiyada dəyərə çevirməyən liderlər yaratdıqları mühitin qurbanı olacaqlar.
Cəbhəçilərin Fuadı müdafiəsi bu ikrah doğuran mühitin sonucudur. Bütün bunları
görmək çox üzücüdür. Bu, bir toplum olaraq hansı durumda olduğumuzun
göstəricisidir. Təəssüf”. Vəkil qeyd edib ki, illərdir baş verənlər AXCP-yə olan simpatiyasını azaltmayıb: "Amma
AXCP-nin trol dəstəsi bir gün ərzində bunu bacardı”.

Media
eksperti Müşfiq Ələsgərli müxalifətin iqtidara qarşı irəli sürdüyü ittihamların
əslində radikalların özlərinin davranışında müşahidə olunduğunu göstərib: "Belə
çıxır ki, "Milli Şura" və AXCP-nin hakimiyyətə qarşı irəli sürdükləri
ittihamlarda əks olunan məqamların hər biri onların özlərinə aid imiş. Həyat
yoldaşı, ailəsi ilə münasibətləri yoluna qoymaq üçün onların sümüklərini qırmaq
taktikası seçən şəxslərin rəhbərlik etdiyi bir partiya illərdir ki, ölkədə uşaq
hüquqlarının pozulmasına görə hakimiyyəti ittiham edir. 3 ildir ki, az qala hər
gün hakimiyyəti "trol dəstələri" yaratmaqda ittiham edənlər, özləri
trolçuluğu ən modern mexanizmlərindən istifadə edirmişlər. AXCP Ali Məclisinin
üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı "WhatsApp” qrupuna
göndərdiyi səs yazısı çox ciddi problemlərdən xəbər verir. Ən qəribəsi budur ki,
bütün bunlara görə cəmiyyətə hesabat verməyə borclu olduqlarını
"unudurlar". İstənilən mövzu barədə 10-larla veriliş yayımlayan
şəbəkə, bir həftədir niyə susur görəsən?”.

Sadalanan faktlar,
ictimaiyyət nümayəndələrinin obyektiv münasibəti onu deməyə əsas verir ki,
radikal müxalifət, xüsusən də AXCP sədri Ə.Kərimli və çevrəsi öz
fəaliyyətlərini qeyri-səmimi, reallıqdan uzaq olmaqla qaraguruhçuluq, populizm
və pafos üzərində qurublar.
Rufik
İSMAYILOV
