AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Radik İsmayılov ARB TV-yə direktor təyin olundu - Fotolar

Radik İsmayılov ARB TV-yə direktor təyin olundu - Fotolar

Cəmiyyət
06 Aprel 2020, 21:57 2509
ARB TV-yə yeni direktor təyin olunub. Kaspi.az-ın əldə etdiyi məlumata görə, ARB-nin yeni rəhbəri Radik İsmayılovdur. 
 
Qeyd edək ki, Radik İsmayılov 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1996-cı ildə Suraxanı rayonundakı 278 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil alıb, 2001-ci ildə magistratura pilləsinə daxil olub və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib. 2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirib, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. "Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir.
 
BDU-da bakalavr təhsili aldığı illərdən müxtəlif media qurumlarında çalışan Radik İsmayılov Lider Televiziyası Xəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini, CBC telekanalının redaktoru vəzifələrində işləyib. 2018-ci il sentyabrın 26-na qədər "ARB 24”də baş redaktor, həmin tarixdən etibarən isə icraçı direktor vəzifəsində çalışıb.
 
Alpər TURAN