• cümə, 29 Mart, 18:48
  • Baku Bakı 14°C

Rabitəbank bu dəfə “Rəqəmsal trendlər və Media” təlimini təşkil etdi!

05.07.19 13:07 499
Rabitəbank bu dəfə “Rəqəmsal trendlər və Media” təlimini təşkil etdi!
Rabitəbank ASC KİV dostları üçün, rəqəmsal mövzuları üzrə silsiləli təlimlərin keçirilməsini davam etdirir.

Artıq istənilən sahə rəqəmsallaşmağa doğru gedir və bütün bu proseslər medianın fonunda ən sürətli şəkildə özünü biruzə verir. Məhz bütün bunlara söykənərək, Rabitəbank 2019-cu ildə təşkil etdiyi tədbir, təlim, workshop, startuplara dəstəyini rəqəmsal mövzular üzərində cəmləyir.
Rabitəbank ölkənin texnoloji yeniliklərinə açıq olan və bu istiqamətdə ölkədə ilk dəfə BOT-u tətbiq edən bank kimi növbəti təlimini "Rəqəmsal Trendlər və Media” mövzusu başlığında təşkil etmişdir. Təlimin əsas məqsədi, rəqəmsal trendlər, texnoloji alətlərin mediada tətbiqi və s. buna bənzər mövzuları əhatə etdi.
Təlim "Rəqəmsal Marketinq və data analitika”, "Rəqəmsal və Texnoloji Media” mövzularının başlığı altında keçirilmiş və qrup müzakirələri ilə davam etdirilib. Texnopolis radio verilişinin aparıcısı İmran Bağırov və Rabitəbankın rəqəmsal məhsullarının inkişafı üzrə meneceri Nazlı Orucova təlimçi qismində çıxış ediblər.

Daha sonra, Rabitəbankın baş direktoru Ziya Nuriyev media nümayəndələrinə bankın gələcək rəqəmsal planları ilə bağlı məlumatlandırıb və KİV ilə daim dost mövqeyində olan Rabitəbankın media nümayəndələri üçün bu kimi təlimlərini silsiləli şəkildə davam edəcəyini bildirib. Təlimin sonunda Z. Nuriyev təlim iştirakçılarına sertifikatlar təqdim edib.
Qeyd edək ki, ilk müstəqil banklardan biri olan Rabitəbank, 23 filial və 2şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.
banner

Oxşar Xəbərlər