AZE | RUS | ENG |

“Rabitə” yenə çempion oldu

“Rabitə” yenə çempion oldu
“Rabitə” ardıcıl 6-cı dəfə Azərbaycan çempionu olub. Apasport.az saytının məlumatına görə, italiyalı Marçello Abbondanzanın baş məşqçilik etdiyi komanda Super Liqanın qalibi olmağını yarışın sonuna 3 tur qalmış rəsmiləşdirib. Bakılılar buna çempionatın XXV turun “İqtisadçı” ilə oyununda nail olub. Hələ davam edən görüşdə artıq 2:1 hesabı ilə öndə olan “Rabitə” özü üçün ən azı 1 xalı təmin edib. Bu 1 xal isə komandaya 6-cı, italiyalı mütəxəssisə isə ilk dəfə Azərbaycan çempionluğunu gətirib. Belə ki, “Rabitə”dən əvvəl meydana çıxıb qələbə qazanmaqla liderlə xal fərqini 9-a endirən “Azərreyl” üçün çempionluq əlçatmaz olub. Çünki 2 set udmaqla, 1 xalı təmin edən Abondanzanın yetirmələri fərqi artıq 10-a qaldırıb. Həm bu oyunda, həm də qarşıdakı 3 turda məğlub olacağı halda belə “Rabitə” ölkənin ən güclüsü olacaq. Bununla da, çempionluq sayında Azərbaycan rekordçusu olan “Rabitə” öz göstəricisi daha da yaxşılaşdırıb. Qeyd edək ki, “Rabitə” bu mövsüm həmçinin klublararası dünya çempionatının və Çempionlar Liqasının finalçısı olub.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311