• şənbə, 20 Aprel, 04:38
  • Baku Bakı 15°C

Rabbi Eli Abadi Azərbaycan Prezidentinə təşəkkür edib

23.11.19 18:51 732
Rabbi Eli Abadi Azərbaycan Prezidentinə təşəkkür edib
ABŞ-ın Yeşiva Universiteti Sefardi Araşdırmaları İnstitutunun direktoru Rabbi Eli Abadi Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir: "Zati-aliləri cənab Prezident. Fürsətdən istifadə edərək, məni Dünya dini liderlərinin II Bakı Sammitinə dəvət etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm.
Nəzakətiniz, qonaqpərvərliyiniz və bizi səmimiyyətlə qarşıladığınıza görə Sizə, Şeyxülislam Allahşükür Paşazadəyə və Azərbaycan xalqına öz adımdan, ABŞ Yəhudi liderləri və ABŞ-ın bütün Yəhudi Sefardi cəmiyyəti adından minnətdarlığımızı bildirirəm.
Ulu Tanrıdan Sizə ölkənizi idarə etmək üçün uğurlar, cansağlığı və uzun ömür arzulayıram".
banner

Oxşar Xəbərlər