• cümə, 19 Aprel, 23:30
  • Baku Bakı 24°C

Qvardiola Turenin nəyini oğurlayıb?

05.06.18 12:15 601
Qvardiola Turenin nəyini oğurlayıb?
"Mançester Siti”nin sabiq futbolçusu Yaya Ture komandanın baş məşqçisi Xosep Qvardiola ilə münasibətlərindən danışıb.
Kaspi.az xəbər verir ki, Ture Qvardiolanı kəskin tənqid edib. O, Peplə münasibətlərinin heç vaxt qaydasında olmadığını deyib:
"Mən Qvardiola mifini dağıtmaq istəyirəm. "Barselona”nı o qurmayıb. O, Kroyffun yaratdığını uyğunlaşdırdı. "Bavariya”da və "Mançester Siti”də də eyni variantdan yararlandı.
Pep dominantlıq etmək istəyir, ona görə də sözəbaxan futbolçuları xoşlayır. Məni isə belə münasibət qane etmir. Məşqçiyə hörmət edirəm, amma onun əşyası deyiləm.
Mənim üçün Zidan daha yaxşıdır. Çünki onun tələbləri azdı və futbolçulara da hörmət edir. Pep isə istəyir ki, onu dahi hesab etsinlər. O, özünün dahi obrazını yaratmaq istəyir. Oyun zamanı onun guya fikirləşir deyə, başını qaşıdığını görəndə özümü gülməkdən saxlaya bilmirəm. Onun bu hərəkəti komediyadır.
Pep məni riyakarcasına tərifləyirdi. O, əlindən gələn hər şeyi etdi ki, mənim komandada son mövsümümü korlasın. Bu klubda 8 il keçirmişdim. Pep mənim klubla vida anımı oğurladı. Mən də emosional tərzdə getmək istəyirdim. İnyesta, Buffon kimi. Ancaq Qvardiola buna mane oldu”.
banner

Oxşar Xəbərlər