• şənbə, 20 Aprel, 15:05
  • Baku Bakı 23°C

Qvardiola “onillik”də “Real”ı görmədi

28.01.19 18:10 588
Qvardiola “onillik”də “Real”ı görmədi
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola son on ilin ən yaxşı 3 komandasının adını açıqlayıb.
Kaspi.az xəbər verir ki, Pepin mövqeyi brimənalı qarşılanmayıb. O, onilliyin ən yaxşı 3 klubu arasında "Real”ı görmür:
"Son 10 ilin ən yaxşı 3 klubu barədə bir neçə dəfə mövqeyimi bildirmişəm. Bu klublar "Yuventus”, "Barselona” və "Bavariya”dır.
Onlar hər mövsüm çempionatda qalib gəlir, kuboku götürürlər, həmişə zirvədədirlər. Ona görə də onlar ən yaxşıdırlar.
Bizim "Mançester Siti” hələ ki, bu komandalara yaxınlaşa bilmir. Ancaq bu səviyyəyə çatmaq üçün cəhd göstəririk”.
"Real” son 5 ildə 4 dəfə Çempionlar Liqasının qalibi olub.
banner

Oxşar Xəbərlər