• şənbə, 20 Aprel, 14:21
  • Baku Bakı 23°C

Qvardiola ondan inciyib

14.07.17 11:53 982
Qvardiola ondan inciyib
"Yuventus”dan ayrılan Dani Alvesin PSJ-yə keçməsi "Mançester Siti” rəhbərliyinin böyük narazılığına səbəb olub.
Kaspi.az xəbər verir ki, "Siti”nin baş məşqçisi Xosep Qvardiola da Alvesdən inciyib. Braziliyalı müdafiəçi Pepə söz versə də, PSJ-ni seçib. Alves məsələ ilə bağlı açıqlama verib. O, PSJ-yə keçməzdən əvvəl Qvardiolanı məlumatlandırdığını bildirib:
"Mən qərarım barədə Qvardiolaya məlumat verdim. Onun birgə keçdiyimiz yoldan sonra aramızda əla münasibət formalaşıb. Məhz belə münasibətlərə görə də, insanlar bir-birini anlayır, bir-birinin fikirlərinə hörmətlə yanaşırlar. Ancaq hazırkı məqamda deyə bilmərəm ki, Qvardiola mənim qərarımı anlayıb, ya yox”.
banner

Oxşar Xəbərlər