• çərşənbə axşamı, 23 aprel, 19:57
  • Baku Bakı 20°C

Qvardiola karyerasını başladığı yerdə bitirəcək

13.09.18 13:15 740
Qvardiola karyerasını başladığı yerdə bitirəcək
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola karyerasını harda bitirəcəyi ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Qvardiola karyerasının sonuna qədər oyun fəlsəfəsini dəyişməyəcəyini də vurğulayıb. O, məşqçi karyerasını "Barselona”da bitirmək istədiyini də etiraf edib:
"Mənim komandalarım həmişə beləcə, mən istədiyim kimi oynayacaqlar. Məqşçi karyeramı isə harda başlamışamsa, orda da bitirəcəyəm.
Ümid edirəm ki, dünya futbolundakı son addımımı məhz "Barselona”da atacağam”.
Qvardiola "Barsa”nın yetirməsi sayılır. O, bu komandanın əsas heyətində 1990-2001-ci illərdə oynayıb. Məşqçi kimi isə "Barsa”nı 2008-2012-ci illərdə çalışdırıb.
banner

Oxşar Xəbərlər