• cümə axşamı, 25 aprel, 16:36
  • Baku Bakı 23°C

Qvardiola əmindir ki, “Siti” onu almayacaq

02.10.18 11:03 560
Qvardiola əmindir ki, “Siti” onu almayacaq
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında "Hoffenhaym”la keçiriləcək oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Kaspi.az xəbər verir ki, PSJ-nin futbolçusu Kilian Mbappenin "Siti”yə keçəcəyi ilə bağlı yayılan xəbərlə bağlı da Qvardiolaya sual verilib. O, bu keçidin heç vaxt baş tutmayacağını deyib:
"Dəqiq bilirəm ki, bu keçid heç vaxt baş tutmayacaq. Hərdən mənə aydın olmur ki, bu tip xəbərləri hardan əldə edirlər. "Siti” transfer üçün belə böyük məbləğ ayırmayacaq.
Hesab edirəm ki, heç parislilər də onu satmaq istəmirlər. Mbappe bura gəlməyəcək. Heç biz də kimisə satmağı planlaşdırmırıq. Nə sterlinqi, nə də başqasını. İnsanlar belə məsələlərdə hər şeyə hörmətlə yanaşmalıdırlar”.
banner

Oxşar Xəbərlər