• cümə, 26 Aprel, 00:50
  • Baku Bakı 16°C

Qvardiola deyir ki, o, “Qızıl top”u alacaq

13.02.18 10:20 877
Qvardiola  deyir ki, o, “Qızıl top”u alacaq
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola "Lester”lə oyundan (5:1) sonra komandasının yarımmüdafiəçisi Kevin De Bröyn barədə danışıb.
Kaspi.az xəbər verir ki, holland yarımmüdafiəçi həmin qarşılaşmada 3 məhsuldar ötürmə edib. Qvardiola Bröynin "Qızıl top”u qazanacağına əmin olduğunu bildirib:
"De Bröyn "Qızıl top”u qazana bilər? Sözsüz, qazanacaq. Bu, onun ifasında yüksək səviyyəli ilk oyun deyil. O, bütün mövsüm ərzində belə çıxış edir.
Kevin yaxşı bilir ki, məqsədə nail olmaq üçün titul qazanmaq lazımdı. Titul, titul, çoxlu titul. Avropada De Bröyn kimi ikinci bir futbolçu tapmaq çox çətindir”.
Bröyn cari mövsümdə Premyer Liqada keçirdiyi oyunlarda 7 qol vurub, 15 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər