• cümə axşamı, 25 aprel, 20:11
  • Baku Bakı 21°C

“Quyudan çıxmaq lazımdır”

06.12.13 12:57 1591
“Quyudan çıxmaq lazımdır”
Aqil Məmmədov: “Sumqayıt”ın baş məşqçisi komandasında baş verən son hadisələr haqda azerisport.az saytına şərh verib:
“Əvvəlcədən Kuboka qol qoymamışdıq və “Bakı”ya məğlubiyyət faciə kimi qiymətləndirilmədi. Bizim üçün çempionatda yaranmış “quyu”dan çıxmaq əsasdır. Pis nəticələrə baxmayaraq, komandada hər şey qaydasındadır. Yarış cədvəlində vəziyyətimizi yaxşılaşdırmaq fikrindəyik. Qarşıda bizi “Bakı”ya qarşı oyun gözləyir. İnamımızı qaytarmaq nöqteyi-nəzərindən bu oyun, çox vacibdir. Yanvardan kadr dəyişiklikləri planlaşdırırıq. Bu, komandanın gücləndirilməsinə xidmət edəcək. Hələlik bu haqda danışmaq tezdir. Qarşıda hələ üç oyun var”.
banner

Oxşar Xəbərlər