• şənbə, 20 Aprel, 08:00
  • Baku Bakı 14°C

Quterreş ABŞ və Rusiyanın maraqlarının üst-üstə düşdüyünü deyir

22.06.18 12:15 567
Quterreş ABŞ və Rusiyanın maraqlarının üst-üstə düşdüyünü deyir
Moskva və Vaşinqtonun Suriya məsələsi üzrə maraqları üst-üstə düşür, ciddi fikir ayrılığı yoxdur.
Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş bəyan edib.
O, əmin olduğunu bildirib ki, strateji baxımdan Birləşmiş Ştatlar və Rusiya arasında Suriya və Yaxın Şərqlə bağlı ümumilikdə əsaslı fikir ayrılığı yoxdur:"Rusiya Suriyanın vahid olacağına ümid edir. RF-nin həmişə bu ölkə ilə yaxşı münasibətləri olub. ABŞ isə Suriyada sabitliyin təminatında maraqlıdır".
Baş katib ABŞ və Rusiyanın maraqlarının daha da yaxınlaşması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər