• cümə axşamı, 18 aprel, 08:07
  • Baku Bakı 12°C

“Quska”ya xəbərdarlıq edildi

04.06.13 13:44 1844
“Quska”ya xəbərdarlıq edildi
“Hüseyn Abdullayevin çağırışa səsləyən klip hazırlamasını pisləyirəm. Belə çağırışlar etmək azərbaycanlıya yaraşmaz. Qaldı ki, bir vaxtlar belə çağırışların qabağını alan elə Hüseyn Abdullayev özüydü. Indi nə dəyişib ki?”
Bu sözləri Moderator.az-a YAP-çı millət vəkili Eldar İbrahimov sabiq millət vəkili və əliyevçi Hüseyn Abdullayevin xalqı etiraz aksiyalarına və hakimiyyət əlehinə çağırışını özündə ifadə edən “Susma” klipinə münasibət bildirərkən deyib. Millət vəkili H.Abdullayevdən belə hərəkət gözləmədiyini də vurğulayıb: “Hüseyn Abdullayev doğru etmir, dövlətçilik əlehinə çağırışlar edir. Keçmiş millət vəkili, dövlətə dəstək verən adam olub. Onun belə çıxışlar etməsinin səbəbi bəlli deyil. Hər halda düz hərəkət etmir”.
banner

Oxşar Xəbərlər