• cümə, 19 Aprel, 20:52
  • Baku Bakı 24°C

Qusar şəhərində çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayrılıb

10.09.16 18:29 1164
Qusar şəhərində çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayrılıb
Prezident İlham Əliyev Qusar şəhərində çoxmənzilli binaların əsaslı təmiri iləbağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Qusar rayonunda bir sıra mühüm tədbirlərin həyata keçirildiyi, o cümlədən Olimpiya İdman Kompleksi, Mərkəzi Rayon Xəstəxanası, Uşaq-Gənclər Şahmat Məktəbi, Dövlət Bayrağı Kompleksi, "Şahdağ” Qış-Yay Turizm Kompleksinə daxil olan "Şahdağ və SPA”, "Zirvə”, "Pik Palase”, "Park Chalet” mehmanxanaları, əlil və şəhid ailələri üçün ümumilikdə 24 mənzilli 2 yaşayış binasının inşa edildiyi, Rayon Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmir olunduğu, təhsil və digər sosialyönümlü obyektlərin istifadəyə verildiyi, iri istehsal və emal müəssisələrinin yaradıldığı, 23 mindən çox yeni iş yerinin açıldığı, Qusar şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulduğu, qırx bir min nəfər əhalinin yaşadığı 56 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 98 kilometr olan kəndlərarası avtomobil yollarının tikildiyi, genişmiqyaslı abadlıq-quruculuq işlərinin görüldüyü qeyd olunub.
Dövlət başçısı İlham ƏliyevAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qusarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 23 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıb ki,Qusar şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qusar Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın. Eyni zamanda,Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
AZƏRTAC
banner

Oxşar Xəbərlər