• cümə, 26 Aprel, 23:33
  • Baku Bakı 22°C

Quş Bakı-İstanbul təyyarəsinin uçmasına imkan vermədi

02.07.14 18:02 1121
Quş Bakı-İstanbul təyyarəsinin uçmasına imkan vermədi
Təyyarədə olan sərnişinlərin AzadlıqRadiosu-na bildirdiyinə görə, uçuş ləngisə də, onlara təyyarəni tərk etməyə icazə verilməyib:
“Yalnız bir neçə uşaqlı sərnişinə imkan yaradıldı. 3 saatdır təyyarə salonunda oturub uçuşu gözləyirik. Bizə dedilər ki, təyyarə bu gün İstanbuldan Bakıya gələndə, eniş zamanı sol mühərrikə quş dəyib. Təyyarə tam müayinədən keçməlidir ki, uça bilsin”.
AzAL-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhərrəm Səfərli faktı təsdiqləyib, amma deyib ki, təyyarə Türk Hava Yollarına məxsusdur.
Türk Hava Yollarının Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlamaq mümkün olmayıb. Qurumun Türkiyə ofisindən isə sorğunu cavablandırmayıblar.
banner

Oxşar Xəbərlər