• çərşənbə axşamı, 23 aprel, 23:41
  • Baku Bakı 20°C

Qurbanqulu Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət edib

08.08.17 18:52 1901
Qurbanqulu Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət edib.

APA-nın məlumatına görə, o, H. Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Q. Berdiməhəmmədov Şəhidlər xiyabanını da ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Q. Berdiməhəmmədov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkmənistan prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
banner

Oxşar Xəbərlər