• şənbə, 20 Aprel, 16:55
  • Baku Bakı 23°C

Qurbanov “Qarabağ”ın futbolçusunu millidən qovdu

24.03.18 15:50 649
Qurbanov “Qarabağ”ın futbolçusunu millidən qovdu
Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Kaspi.az AFFA-ya istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Qurban Qurbanov Elvin Yunuszadəni düşərgədən kənarlaşdırıb. Buna səbəb "Qarabağ”ın futbolçusunun nizam-intizam qaydalarını pozması olub.
Yunuszadə ilə yanaşı, Araz Abdullayevin də adı Belarusla yoxlama matçının (0:1) iştirak ərizəsinə salınmamışdı. Oyundan sonra keçirilən mətbuat konfransında Qurbanov bu futbolçulardan birinin Türkiyəyə aparılmayacağını açıqlamışdı.
Millimiz martın 27-də Antalyada Makedoniya ilə qarşılaşacaq.
banner

Oxşar Xəbərlər