• şənbə, 20 Aprel, 08:53
  • Baku Bakı 14°C

Qurbanlıq heyvanlar harada kəsiləcək? - Siyahı

02.10.13 13:23 1757
Qurbanlıq heyvanlar harada kəsiləcək? - Siyahı
Qurbanlıq heyvanların kəsilməsi üçün Bakı şəhəri üzrə Sabunçuda 4, Nərimanovda 2, Nizami və Xətaidə 8, Suraxanıda 5, Səbayeldə 4, Yasamalda 2, Binəqədidə 10, Xəzərdə 4, Pirallahıda 3, Qaradağda 4 yer ayrılması planlaşdırılıb”
Bakı. Gülnar Bəşirova-APA. İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyatlı dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Qurban bayramı günlərində Bakı şəhərində və Bakı ətrafı qəsəbələrində qurbanlıq qoyunların satışını təşkil edəcək.
Bunu APA-ya açıqlamasında Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev deyib. O bildirib ki, bu məqsədlə bayram günlərində qurbanlıq heyvanların qəbul edilməsi, saxlanması, satışı ilə əlaqədar Bakı Şəhər Baytarlıq İdarəsi müəyyən edilən ünvanlarda nəzarət təşkil edəcək və həmin yerlərə baytar həkimlərin iştirakı təmin ediləcək. Qurbanlıq heyvanların kəsilməsi üçün Bakı şəhəri üzrə Sabunçuda 4, Nərimanovda 2, Nizami və Xətaidə 8, Suraxanıda 5, Səbayeldə 4, Yasamalda 2, Binəqədidə 10, Xəzərdə 4, Pirallahıda 3, Qaradağda 4 yer ayrılması planlaşdırılıb”.
Ş. Abdullayev qeyd edib ki, qurban bayramı ilə əlaqədar hazırda 65 baytar həkimi bu işə cəlb olunub: “Bakı şəhəri üzrə 27 baytar - sanitariya ekspertiza laboratoriyaları və səyyar ekspertiza laboratoriya maşınları bu yerlərdə fəaliyyət göstərəcək. Nəzarət təşkil ediləcək yerlərdə heyvanlar hamısı baytarlıq sənədi ilə daxil olacaq və təkrarən müayinədən keçiriləcək. Sonradan əhaliyə satılmasına şərait yaradılacaq. Əgər xəstə heyvan aşkarlanarsa onlar kənarlaşdırılacaq”.
İdarə rəisi ayrılan xüsusi yerlərdən kənarlarda heyvan və ət satışı ilə məşğul olan şəxslərin cəzalandırılacağını da söyləyib: “Fiziki və hüquqi şəxslərə 50-150 manat arasında cərimə sanksiyaları tətbiq olunacaq”.
Ş. Abdullayev onu da əlavə edib ki, qurbanlıq məqsədi ilə rayonlardan gətirilən heyvanlar tələbatı ödəyəcək, başqa ölkələrdən bununla bağlı heyvan gətirilməsinə ehtiyac yoxdur: “Yəqin ki, İqtisadi İnkişaf Nazirliyinin xətti ilə 10-15 min arası qurbanlıq qoyunlar də gətiriləcək. Onlar da baytarlıq nəzarətinə cəlb edilməmiş respublikaya daxil olmayacaq. Xaricdən gətirilən mal-qara ölkəmizə gətirilərkən qeydiyyata düşür və 1 ay ərzində müayinələrdən keçir. Laborator müayinədən keçdikdən sonra həmin heyvanlar sağlamdırsa, kəsimə yararlıdırsa biz onların kəsilməsinə icazə veririk. Əgər bayram ərəfəsində ehtiyac olarsa, o halda xaricdən gətirilən heyvanlardan da istifadə oluna bilər”
banner

Oxşar Xəbərlər