• cümə, 26 Aprel, 00:33
  • Baku Bakı 16°C

Qurban Yetirmişli: ““Otman bozdağ” vulkanının oyanması zəlzələlər təsir edib”

09.02.17 13:30 1108
Qurban Yetirmişli: ““Otman bozdağ” vulkanının oyanması zəlzələlər təsir edib”
"Azərbaycanda zəlzələlərin, palçıq vulkanlarının bir-biri ilə əlaqəsi var”.APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib ki, vulkanların püskürməsi və aktivləşməsinə ən çox təsir edən amil zəlzələlərlə bağlıdır.
Q.Yetirmişli qeyd edib ki, fevralın 6-da Sənqəçalda "Otmanbozdağ” vulkanının oyanmasına da zəlzələlər təsir edib. Onun sözlərinə görə, həmin ərazinin yaxınlığında baş verən 7-8zəlzələbu vulkana təsir göstərib: "Vulkanın oyanması adi hal deyil, burada zəlzələlərin müəyyən təsiri var. Bu vulkanın parametrləri müəyyənləşib. Vulkanın dərinliyi 3 kilometr olub və 2 dəfə püskürüb. Vulkandan ayrılan enerjinin gücü 1,5 və 1,7 coul idi. Bu da o qədər də böyük gecə malik deyil ki, nəticədəzəlzələocağını oyatsın vəzəlzələbaş versin”.
Q.Yetirmişli vurğulayıb ki, 2014-cü ildə dekabrın 20-də Qobustan rayonunda püskürən Şıxzərli vulkanından 2 gün öncə dekabrın 18-də həmin ərazinin yaxınlığında Şamaxı və Qobustandazəlzələbaş verib. Onun sözlərinə görə, zəlzələlər də bu vulkanın püskürməsinə səbəb olub.
Baş direktor əlavə edib ki, vulkanlar üçün ayrıca monitorinq aparmaq lazımdır: "Gərək vulkana yaxın 3-4 cihaz qurula ki, orada olan vəziyyəti izləmək mümkün olsun. Bunun üçün vulkan ətrafında mobil stansiyalar qurmaq lazımdır. Vulkan və zəlzələnin vaxtını bilmək olmur, amma hər bir halda ərazidə baş verən prosesləri izləmək olar”.
banner

Oxşar Xəbərlər