• çərşənbə axşamı, 23 aprel, 17:40
  • Baku Bakı 24°C

Qurban Yetirmişli: "İranda baş verən güclü zəlzələnin dünənki zəlzələnin baş verməsinə heç bir təsiri olmayıb"

16.11.17 12:30 823
Qurban Yetirmişli: "İranda baş verən güclü zəlzələnin dünənki zəlzələnin baş verməsinə heç bir təsiri olmayıb"
"Zəlzələbaş verən ərazilərdə yeraltı təkanlar davam edir”.
BunuAPA-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Q. Yetirmişlinin sözlərinə görə, zəlzələdən sonra həmin ərazidə enerji boşalmaları gedir, ona görə yeraltı təkanların olması normaldır: "Episentrdə 30-dan çox avterşok qeydə alınıb. İlk dəfə baş verən güclü zəlzələdən sonra gecə saatlarında bir dəfə 3 bal gücündəzəlzələhiss olunub. Digər yeraltı təkanlar zəif olub. Episentrin əvvəlki sakit vəziyyətinə qayıtması üçün enerji boşalmaları davam edəcək. Ancaq həmin ərazidə yenidən güclüzəlzələtəhlükəsi yoxdur”.
Q. Yetirmişli deyib ki,zəlzələepisentrində Seysmoloji Mərkəzin bölməsi yerləşir və ərazidə yoxlamalar həyata keçirilib: "Dağıntılar olmayıb. Ola bilsin keyfiyyətsiz materiallardan tikilmiş evlərdə çatlar yaranıb, amma ciddi dağıntı yoxdur”.
Bu yaxınlarda İranda baş verənzəlzələilə dünən Azərbaycan ərazisində baş verənzəlzələarasında əlaqənin olub-olmadığı barədə suala cavabında Q. Yetirmişli bildirib ki, İranda baş verən güclü zəlzələnin dünənki zəlzələnin baş verməsinə heç bir təsiri olmayıb: "İrandakızəlzələAzərbaycandakızəlzələilə geoloji quruluş və tektonik qırılmalar baxımından əlaqəli deyil”.
Qeyd edək ki, noyabrın 15-də saat 23.48-dəAğdamrayonu ərazisindəzəlzələqeydə alınıb.
25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.
banner

Oxşar Xəbərlər