• cümə, 26 Aprel, 18:25
  • Baku Bakı 22°C

Qurban Yetirmişli: “Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir”

13.12.16 11:59 614
Qurban Yetirmişli: “Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir”
"İsmayıllıda baş vermiş zəlzələlərçox da güclüzəlzələdeyil. Bu, çox güclü olmayan, amma hiss olunan zəlzələdir”. BunuAPA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli İsmayıllıda baş vermiş zəlzələlərə münasibət bildirərkən deyib.
O bildirib ki, İsmayıllıda bu cür təkanların baş verməsi gözləniləndir: "Hazırda o zonaya xas olan bir proses gedir. Digər seysmogen zonalara nisbətən Şamaxı-İsmayılı aktiv zonadır”.
Q. Yetirmişli qeyd edib ki, Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir.
Qeyd edək ki, İsmayıllı rayonunda bir gündə ikizəlzələbaş verib. Zəlzələlər 3 bala qədər hiss olunub.
banner

Oxşar Xəbərlər