• cümə, 29 Mart, 14:28
  • Baku Bakı 14°C

Qurban Qurbanov yeni legionerlərin müjdəsini verdi

05.05.15 15:35 876
Qurban Qurbanov yeni legionerlərin müjdəsini verdi
"Bu mövsümün sonunda “Qarabağ”dan heç bir futbolçu göndərilməyəcək". Bu haqda qol.az saytına Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.
“Onsuz da, heyətimiz geniş deyil. “Qarabağ”a gələn olacaq, gedənsə olmayacaq”. O bildirib ki, müqaviləsi başa çatan oyunçulara yeni müqavilə təklif olunacaq. Q.Qurbanov yay transfer pəncərəsində, əsasən, hücum xəttinə oyunçu almaq istədiklərini söyləyib. Onun sözlərinə görə, başqa mövqelərdə çıxış edən futbolçular da var ki, maraq dairələrindədir. Ağdam klubunun çalışdırıcısı həmin futbolçuların adlarını açıqlamasa da, onların legioner olduğunu deyib.
Qurban Qurbanov, ümumiyyətlə, yay transfer pəncərsində yerli futbolçu almayacaqlarını söyləyib. Onun sözlərinə görə, “Qarabağ”a tələblərinə cavab verən azərbaycanlı futbolçuların öz klubları ilə müqavilələri var.
banner

Oxşar Xəbərlər