• cümə, 29 Mart, 04:47
  • Baku Bakı 7°C

Qurban Qurbanov: Tapşırıqları yerinə yetirdikləri üçün oyunçulara təşəkkür düşür

01.08.19 09:45 7368
Qurban Qurbanov: Tapşırıqları yerinə yetirdikləri üçün oyunçulara təşəkkür düşür
Futbolçuları və bizi dəstəkləyən hər kəsi təbrik edirəm. İntizamlı oyun gördük. Bütün həftəni ciddi hazırlaşdıq. Tapşırıqları yerinə yetirdikləri üçün oyunçulara təşəkkür düşür. Matç gərgin keçdi. Futbolçularımız intizamlı oyunla rəqib üzərində qələbə qazandı.
AZƏRTACxəbər verir ki, bu fikirləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında İrlandiyanın "Dundalk" klubunu 3:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis deyib: "Futbol 2-3 nəfərdən ibarət deyil. Kollektiv şəkildə intizamlı oynadıq. Biri səhv edəndə, digəri sığortalayırdı. Hər biri əziyyət çəkdi. Əziyyətlərini itirə bilmərik".
Qırx yeddi yaşlı məşqçi deyib ki, 90 dəqiqə eyni tempdə oynamaq mümkün deyil: "Məğlub olan kollektiv sürəti artırır. Bəzi səhvlər etdik. Oyunboyu dayanmadan hücum etmək mümkün deyil".
Q.Qurbanov zədələnən Filip Ozobiçin durumuna sabah aydınlıq gələcəyini vurğulayıb. O, turnirin üçüncü təsnifat mərhələsində qarşılaşacaqları Kiprin APOEL klubu barədə də danışıb: "Onların matçlarına baxmışıq. Bizi maraqlı qarşılaşmalar gözləyir. Bu idmandır. İdman prinsiplərinə əməl etməliyik. Bütün diqqətimiz meydandan qələbə ilə ayrılmaqdır".
Qeyd edək ki, "Qarabağ”ın növbəti mərhələdəki rəqibi Kipr təmsilçisi APOEL olacaq. Bu klubların arasında ilk oyun avqustun 6-da Nikosiyada, cavab görüşü isə avqustun 13-də Bakıda təşkil olunacaq.

banner

Oxşar Xəbərlər