AZE | RUS | ENG |

Qurban Qurbanov: Sabahkı oyun nə qədər çətin olsa da...

Qurban Qurbanov: Sabahkı oyun nə qədər çətin olsa da...
Mühüm oyuna hazırlaşırıq. Cavab matçında daha diqqətli olmalıyıq. Hər iki komanda qələbəyə iddialıdır. Sabahkı oyun nə qədər çətin olsa da, hamı üçün maraqlı olacaq. Çalışacağıq ki, uğurlu nəticə əldə edək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İrlandiyanın UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsində "Dundalk” komandası ilə keçiriləcək cavab oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında söyləyib. O deyib: "Bədavi Hüseynov fərdi məşqlərə başlamayıb. Dünən müayinədən keçdi və qərara alındı ki, müalicə davam etməlidir. Digərlərinə gəlincə, tam hazır olmasalar da, vəziyyətləri yaxşıya doğru gedir”.
Məşqçi Maqaye Qeye və Rerras Faysayın da durumuna da aydınlıq gətirib: "Hazırlıqları daha yaxşıdır. Amma öz optimal formalarından uzaqdırlar. Əsas heyətdə olmayacaqlar. Ən azından birinin "18-lik”də olmaq ehtimalı var”.
Qurban Qurbanov bütün rəqiblərə qarşı bəzi dəyişikliklər olduğunu diqqətə çatdırıb: "Öz oyun üslubumuzu qoruyub saxlamağa çalışmışıq. Rəqibin qarşısını da almaq lazımdır. Onların oyununu təhlil etmişik. Öz oyunumuzdan da imtina etməyəcəyik”.
Təcrübəli mütəxəssis Avropa Liqasında mübarizə aparan "Neftçi” və "Qəbələ”yə uğurlar arzulayıb: "Avrokubokda xallara ehtiyacımız var. Ölkə reytinqi yaxşılaşmalıdır. Keçmək bir yana, qələbə ilə mərhələ adlamaq daha yaxşı olar”.
Məşqçi Mahir Emrelinin İspaniya klubuna keçəcəyi ilə bağlı suala isə cavab verməyib. O, sabahkı matçı düşündüklərini və fikirlərini bu qarşılaşmaya yönəltdiklərini vurğulayıb.
Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena”da keçiriləcək "Qarabağ” – "Dundalk” matçı saat 21:00-da başlanacaq.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946