• cümə axşamı, 25 aprel, 04:57
  • Baku Bakı 19°C

Qurban Qurbanov: Komandamız qələbə qazanmaq üçün sonadək mübarizə apardı

26.08.17 23:42 1099
Qurban Qurbanov: Komandamız qələbə qazanmaq üçün sonadək mübarizə apardı
Komandamı təbrik edirəm. Çox çətin oyun oldu. Futbolçuların vəziyyətinə görə məğlub olmağa da hazır idim. Hər şey bizim tərəfimizdə oldu.
AZƏRTACxəbər verir ki, bu sözləri Premyer Liqanın üçüncü turunda "Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən Ağdamın "Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra deyib.
Baş məşqçi bildirib ki, komanda sonadək mübarizə apardı və qələbə üçün bacardıqları hər şeyi etdi. Rəqibə bir neçə qol epizodu verdik. Bəzi sürətli hücumlarda boşluqlar oldu. Ancaq "Qəbələ” komandası da qalib gələ bilərdi.
banner

Oxşar Xəbərlər