• cümə axşamı, 28 mart, 20:48
  • Baku Bakı 13°C

Qurban Qurbanov kimə səs verib?

25.09.18 14:40 594
Qurban Qurbanov kimə səs verib?
FİFA-nın ilin ən yaxşılarını müəyyənləşdirmək üçün keçirdiyi sorğuda milli komandaların baş məşqçilərinin və kapitanlarının kimə səs verdiyi məlum olub.
Kaspi.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov və kapitan Kamran Ağayev də seçimlərini ediblər. Onların seçimi belə olub:
Qurban Qurbanov - ən yaxşı məşqçi: 1. Didye Deşam (Fransa), 2. Zinəddin Zidan ("Real”), 3. Pep Qvardiola ("Mançester Siti”)
Ən yaxşı futbolçu: 1. Antuan Qrizmann ("Atletiko", Fransa), 2. Luka Modriç ("Real", Xorvatiya), 3. Kriştiano Ronaldo ("Real"/"Yuventus", Portuqaliya)
Kamran Ağayev - ən yaxşı məşqçi: 1. Zinəddin Zidan ("Real"), 2. Yurgen Klopp ("Liverpul"), 3. Pep Qvardiola ("Mançester Siti")
Ən yaxşı futbolçu: 1.Kriştiano Ronaldo ("Real"/"Yuventus", Portuqaliya), 2. Məhəmməd Salah ("Liverpul", Misir), 3.Lionel Messi ("Barselona", Argentina).
İlin ən yaxşı məşqçisi Didye Deşam, ən yaxşı futbolçusu isə Luka Modriç seçilib.
banner

Oxşar Xəbərlər