• cümə axşamı, 28 mart, 17:45
  • Baku Bakı 16°C

Qurban Qurbanov: “Belə açıqlamalara fikir verməməliyik”

24.10.14 15:36 1253
Qurban Qurbanov: “Belə açıqlamalara fikir verməməliyik”
Avropa Liqasının qrup mərhələsində səfərdə “Dnepr”ə qalib gələn “Qarabağ” artıq vətənə qayıdıb. Lent.az-ın məlumatına görə, jurnalistlər Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovu hava limanından çıxan kimi “sual yağışı”na tutublar. Təcrübəli mütəxəssis oyunla bağlı fikirlərini bildirib: “Bizim üçün hər bir oyun vacibdir. Heç bir məşqçi istəməz ki, komandası Avropa Liqasından kənarda qalsın. “Dnepr”in baş məşqçisinin oyundan sonra niyə elə açıqlama verdiyini bilmirəm. Amma matçdan öncəki açıqlamalarında deyirdi ki, 2 oyundan hədəfləri 6 xaldır. Yəni bizimlə oyun onlar üçün də böyük önəm kəsb edirdi. Biz belə açıqlamalara fikir verməməliyik, daha çox öz işimizlə məşğul olmalıyıq. Həm çempionat, həm də Avrokubok bizim üçün önəmlidir. Çünki hər bir oyun futbolçularımız üçün böyük təcrübə deməkdir”.
Qurbanov həm də onu əlavə edib ki, qarşıdakı çempionat oyununun təxirə salınması ilə bağlı PFL-ə müraciət etmək fikrində deyillər: “Çempionat matçının təxirə salınması ilə bağlı PFL-ə müraciət etməyəcəyik. Çünki bir dəfə müraciət etdik, “Araz Naxçıvan”la oyun təxirə salındı. Həmin müraciət söz-söhbətlərə yol açdı. Elə bildilər ki, futbolçularımız fiziki cəhətdən çatdırmadıqları üçün müraciət etmişik. Halbuki belə deyildi. Məni belə məqamlarda futbolçuların fiziki yox, psixoloji durumu narahat edir. İndidən qrupdan çıxmaq barədə düşünmürük. Bizim üçün qarşıdakı oyun maraqlıdır”.
Qeyd edək ki, “Dnepr”in baş məşqçisi Miron Markeviç mətbuat konfransında Avropa Liqası ilə müqayisədə, Ukrayna çempionatının onlar üçün daha vacib olduğunu bildirmişdi.
banner

Oxşar Xəbərlər