• çərşənbə axşamı, 19 mart, 13:03
  • Baku Bakı 8°C

Qurban Qurbanov: "Artıq Avroliqa haqqında fikirləşməliyik"

15.08.18 12:00 852
Qurban Qurbanov: "Artıq Avroliqa haqqında fikirləşməliyik"
"Artıq Avroliqa haqqında fikirləşməliyik".
Trend-in məlumatına görə, bunu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında səfərdə Belarusun BATE klubu ilə 1:1 hesablı (ilk oyun 0:1) heç-heçə edərək turnirdə mübarizəni dayandıran "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Q.Qurbanov BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edib:"Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər. Futbolçularımdan razı qaldım, son ana qədər mübarizə apardılar. Hakimlik barədə heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqqında fikirləşməliyik".
Qeyd edək ki, Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
banner

Oxşar Xəbərlər