• şənbə, 20 Aprel, 10:16
  • Baku Bakı 14°C

Qurban bayramı münasibətilə Qəbələdə konsert proqramı təqdim olunacaq

17.08.18 17:15 1198
Qurban bayramı münasibətilə Qəbələdə konsert proqramı təqdim olunacaq
Avqustun 21-23-də Azərbaycan Milli Konservatoriyası, Heydər Əliyev Konqres Mərkəzi və "Qafqaz” Otellər Şəbəkəsinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda "Qurban bayramı” münasibətilə konsert proqramı təqdim olunacaq.
KonservatoriyadanAZƏRTAC-a bildirilib ki, konsertin ilk günü Əməkdar artist Təyyar Bayramov maraqlı ifaları ilə qonaqların görüşünə gələcək. Konsertdə xanəndəni Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov müşayiət edəcək. Həmçinin xanəndənin tələbələrinin çıxışları nəzərdə tutulub.
Konsertin ikinci günü Xalq artistləri Mənsum İbrahimovun, üçüncü günü isə Azər Zeynalovun solo konserti təşkil olunacaq.
banner

Oxşar Xəbərlər