• cümə, 19 Aprel, 11:32
  • Baku Bakı 13°C

Qurban bayramı ilə bağlı xəbərdarlıq

13.09.14 14:03 1287
Qurban bayramı ilə bağlı xəbərdarlıq
DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya açıqlamasında deyib ki, bu il Qurban bayramı ərəfəsində iribuynuzlu heyvanlar arasında yayılan “Nodulyar dermatit” virus xəstəliyinin aşkar olunduğu rayonların kəndlərindən iribuynuzlu heyvanların satışa çıxarılmasına məhdudiyyət tətbiq olunub. Həmin məhdudiyyətin bu gün də qüvvəsində olduğunu deyən xidmət rəsmisi qeyd edib ki, Qurban bayramı ərəfəsində həmin yerlərdəki təsərrüfatlardan iribuynuzlu heyvanlar satışa çıxarılmayacaq: “Xəstəliyin ən böyük daşıyıcısı bu heyvanlardlır. Əgər bu heyvanlar bazara çıxarılsa, ola bilsin ki, onun xəstə olduğu görünməsin, amma xəstəlik daşıyıcısı kimi digər heyvanları yoluxdura bilər. Ona görə də həmin ərazilərdən iribuynuzlu heyvanların çıxarılmasına icazə verilmir. Əsasən Aran rayonları - Zərdab, Kürdəmir, Bərdə, Ucarın xəstəlik qeydə alınan kəndlərindən iribuynuzlu heyvanların çıxarılması dayandırılıb”.
Y.Xanvəli qeyd edib ki, bu xəstəlik ölkədə 2 ay yarımdır davam edir. Xəstəliyə qarşı ciddi mübarizə aparıldığını deyən DBX nümayəndəsinin sözlərinə görə, 2100 başdan artıq heyvanda bu xəstəlik aşkar olunub, 1800 heyvan artıq müalicə edilib: “20 baş heyvan tələf olub. Hazırda müalicə almaqda olan heyvanlar 300 başa yaxındır. Əgər avqustun sonu - sentyabrın əvvəllərində gün ərzində 100-150 baş heyvan xəstəliyə yoluxurdusa, dünən verilən məlumata görə, 25 baş heyvanda yoluxma qeydə alınıb. Ölkədə aparılan dezinfeksiya işləri və müalicənin təsirindən heyvanların xəstəliyə yoluxma faizi aşağı düşüb. Ölkənin bütün ərazilərində Dövlət Baytarlıq Xidməti tərəfindən tam nəzarət həyata keçirilir”.
banner

Oxşar Xəbərlər