• çərşənbə axşamı, 23 aprel, 16:17
  • Baku Bakı 24°C

“Quran haqqı, əlbəyaxa dava söhbəti yalandır”

05.07.13 17:15 1628
“Quran haqqı, əlbəyaxa dava söhbəti yalandır”
“Akademik Milli Dram Teatrında xalq artisti Rafael Dadaşovla əlbəyaxa olmağım haqqında deyilənlər yalandır”. Bunu APA-ya açıqlamasında xalq artisti Rafiq Əzimov deyib.
Onun sözlərinə görə, Rafael Dadaşovla rol üstündə dava etmələri söhbəti ona atılmış böhtandır: “Saytlar yazıblar ki, guya biz dalaşmışıq. Ağ yalandır. Bu qərəzli xəbəri hansısa iblis mətbuata ötürüb. Məsələ belə olub: Rafael Dadaşov rejissorun mənə həvalə etdiyi rolda bəzi sözləri bəyənməyib. Mən də dedim, rejissorun dediyi müzakirə olunmur. Rafael inciyib getdi. Rəhbərliyə ərizə yazıb bildirib ki, səhhətimlə əlaqədar məni roldan azad edin. Onun yerinə başqa aktyor cəlb olunub. Quran haqqı, əlbəyaxa dava söhbəti yalandır. Quru palçığı divara necə yapışdırmaq olar?”
R.Dadaşov da APA-ya deyib ki, həmkarı ilə aralarında dava olmayıb: “Mən səhhətimlə bağlı roldan imtina etmişəm. Bu məsələ haqqında mətbuata geniş danışmaq istəmirəm, vəssalam”.
“Qoca kloun axtarılır” tamaşasının rejissoru İradə Gözəlova da APA-ya açıqlamasında dava söhbətinin düzgün olmadığını bildirib: “Bilirsiniz, teatrda söz-söhbət həmişə olub, olacaq da. Amma bunu şişirtmək lazım deyil. Hücum, dava söhbəti olmayıb. Rafiq müəllimdən mən çox razıyam, yaddaş problemi yoxdur. Rafael Dadaşov ürəyindən əməliyyat olunub, səhhəti işləməyə imkan vermir. Rafael Dadaşov ilk vaxtlardan mənə inamsız yanaşdı, elə bilirdi mən bu tamaşanın öhdəsindən gələ bilməyəcəyəm. Onların teatr məktəbi, teatr haqqındakı təsəvvürləri bir qədər başqadır. Rafael Dadaşovun yerinə Rüstəm Rüstəmovu cəlb etdik, məşqlər uğurla davam edir”.
banner

Oxşar Xəbərlər