• cümə, 19 Aprel, 16:37
  • Baku Bakı 25°C

Quldurluq edən maskalı şəxs qohum çıxdı

20.11.17 17:22 4316
Quldurluq edən maskalı şəxs qohum çıxdı
Noyabrın 18-də səhər saatlarında Qəbələ Rayon Polis Şöbəsinə şəhər sakini olan qadına qarşı quldurluq edilməsi barədə məlumat daxil olub.Lent.azDaxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal həmin ünvana gələn istintaq-əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb, xəsarət almış 66 yaşlı qadın xəstəxanaya yerləşdirilib.
Araşdırmalarla evə zirzəminin pəncərəsindən girmiş maskalı şəxsin onun baş, qol və sinə nahiyələrinə bıçaqla xəsarət yetirməsi, 115 manatını və qızıl üzüyünü alması müəyyən edilib. Görülmüş təxirəsalınmaz tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. Bakı şəhər sakini olan Natiq Paşabəyli müxtəlif yalanlar uydurmaqla məsuliyyəti boynundan atmaq istəsə də, tutarlı faktlar qarşısında törətdiyi cinayət əməlini etiraf edib. Onun həmin qadının yaxın qohumu olması, bir gün əvvəl taksi ilə Qəbələyə gəldiyi, tamah məqsədilə bu əməli törətdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən onun cinayətdə istifadə etdiyi əlcək rayon ərazisində atdığı yerdən, götürdüyü qızıl üzük isə paytaxtda satdığı mağazadan aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri aparılır.
banner

Oxşar Xəbərlər