• cümə, 29 Mart, 15:48
  • Baku Bakı 14°C

Qulaqda küy ciddi xəstəliyin əlaməti ola bilər

16.01.21 09:45 403
Qulaqda küy ciddi xəstəliyin əlaməti ola bilər
Qulaqlarda mütəmadi küy orqanizmdə ciddi problemin olmasının göstəricisi hesab edilə bilər.
Kaspi.az xəbər verir ki, bu barədə "Express” amerikalı tədqiqatçıların məlumatlarına istinad edərək yazıb.
Alimlər müəyyən edib ki, bədəndə "B12” vitaminin çatışmazlığı qulaqlarda mütəmadi küy yaradır. Bu vitamin - Kobalamin deyilən suda həll olunan bir vitamindir. "B12” yalnız sinir sisteminin fəaliyyətini yaxşılaşdırmır, eyni zamanda qırmızı qan hüceyrələri və DNT istehsalında iştirak edir.
Mütəxəssislərin fikrincə, "B12” sinirləri əhatə edən qoruyucu və izolyasiya edən örtük olan mielin istehsalı üçün də lazımdır. Vitamin çatışmazlığı sinirlər arasındakı əlaqənin pozulmasına səbəb olur. Nəticədə qulaqlarda tinnitus yaranır. (Report)
banner

Oxşar Xəbərlər