• şənbə, 20 Aprel, 14:30
  • Baku Bakı 23°C

Qulam Məmmədliyə yazılmış məktublar

08.03.17 12:00 2043
Qulam Məmmədliyə yazılmış məktublar
Xalqın elmi, ədəbi və tarixi irsinin qorunduğu yerlərdən biri Milli Elm­lər Akademiyasının Mə­həm­məd Füzuli adına Əlyazmalar İnstitutudur. Burada tariximizin uzaq keç­mi­şinə aid əlyazmalar, çap ki­tab­ları, jurnal, qəzet, fotoşəkillərlə yanaşı, Azərbaycanın XIX-XX əsrin I yarısında yaşayıb-yaratmış gör­kəmli sənət adamlarının və ictimai xadimlərinin şəxsi arxivləri müha­fi­zə olunur. Onların sırasında XX əsrin mürəkkəb ictimai-siyasi ha­di­sələrinin can­lı şahidi, milli-mədəni ir­simi­zin tədqiqi və inkişafı ta­rixində müstəsna xidmət­ləri olan mətn­­şünas, teatrşünas, mət­buat tarixinin araşdırıcısı, salnaməçi, bib­lioq­raf, təzki­rəçi, na­sir, publisist Qulam Məm­­mədlinin (1897-1994) də şəx­si arxiv materiallarının bir his­sə­si 1975-ci ildən İn­stitutun sax­lan­cın­­da - fond 31-də qorunur.
Bir insan ömrünə sığmayan zəngin və çoxşaxəli yaradıcılıq yolu keçən Q.Məm­mədlinin fəaliyyət dai­rəsinin bu qey­ri-adi üs­tün­lü­yü onu bu gün də elmi ictimaiyyətin yaddaşında «Qulam müəllim» ki­mi yaşatmaqdadır. Ensi­klo­pedik bi­­­lik sa­hibi olan Qulam müəlli­min məşğul ol­­­duğu bu sa­hələrin hər bi­ri milli-mədəni ir­si­­mizin tədqiqi və in­­kişafı üçün araşdırıcının istinad edə bilə­cə­yi, əsaslandığı və is­tiqamət ala bilə­­­­cə­yi etibarlı mənbə, mə­lu­mat bazası kimi çox qiymətlidir: «Molla Nəsrəddin. Cəlil Məm­məd­qu­lu­­­za­də­nin hə­­yat və fəa­liyyətinin salnaməsi (1866-1932)» (1966, 1984, 2009), «Hü­seyn Ərəb­linski. Akt­yo­­­run həyat və fəaliy­yətinə dair sənədlər məc­muəsi» (1967), «Cahangir Zey­nalov. Hə­­yat və yaradıcılığı haq­­­qında sənədlər» (1968), «Üzeyir Ha­cı­bə­­yov (albom kitab) (1975, 1985 müş­tə­rək), «İmzalar» (1977, 2015 müştərək), iki cilddə «Azərbay­can teatrı­nın salnaməsi (1850-1920)» (1975), «Azər­bay­can teat­rının salnaməsi (1920-1930)» (1983), «Cavid – ömrü boyu. Hə­­y­at və ya­­ra­dı­cı­lıq sal­­naməsi (1882-1941)» (1982), «Üze­yir Ha­­­cıbəyov (1885-1948). Həyat və ya­ra­dı­cılığının sal­na­­mə­si» (1984), «Ab­bas Mir­zə Şərifzadə» (1985), «Nə­­­­ri­man Nərimanov (1870-1925). Həyat və yara­dı­cı­­lığının sal­naməsi» (1987), «Si­­zə kim lazımdır? (biblioqrafik mə­lumat kitabı)» (1990) və sair. Bu ki­tabların bir qismi Qu­lam müəl­­limin sağ­lığında, digər bir qismi isə ölümündən sonra təkrar nəşr olun­muş­dur.
Q.Məmmədlinin elmi yaradıcılığının çox böyük his­­səsi­ni təşkil edən salnaməçilik fəaliyyəti za­ma­nın­da müa­sir­­ləri tə­rə­findən yük­sək qiymət­lən­diril­miş­dir. Görkəmli ədəbiyyatşünas Ə.Mir­­­­­əh­­mə­do­v bu salnamələri «Azərbaycan ədəbiyyatı, ictimai fikri, teatr və mətbu­­atı ta­ri­­xi­nə dair təd­qi­­qatlarda da­xi­li keyfiyyət dəyişik­­likləri ya­radan» (Ə.Mirəhmədov. Redaktordan // Qulam Məmmədli. Molla Nəs­rəd­­­din. Cə­lil Məmmədquluza­də­nin həyat və fəaliyyətinin salnaməsi (1866-1932). Ba­kı, 1984, s. 4) mən­bə kimi dəyərləndirmişdir.
Q.Məmmədlinin 38 saxla­ma vahidindən ibarət şəxsi arxivində ümumilikdə 141 material vardır. Şəx­­si arxivində olan bütün materiallar üzərində – «Tərcümeyi-hallar», «Sal­­na­mə­lər», «Biblio­qra­fi­ya­lar», «Topla­dı­ğı əsərlər», «Məktublar», «Qulam Məmmədliyə aid sə­nəd­lər» və «Fotoşə­kil­lər» kimi təs­nifat aparılması mümkündür.
Arxivdə öndə adı çəkilən kitabların bəzilərinin – Cə­lil Məmmədquluzadənin, Hüseyn Ərəb­­­­­­­­­lins­­­ki­nin, Ca­­hangir Zey­­nalovun, Üzeyir Hacıbə­yov və Nəriman Nə­­rimanovun həyat və fəaliy­yət­lə­ri­nin və Azər­­­baycan teat­rı­nın salnamələrinin, iri həc­­m­­li təzkirəsinin, Məm­­­­­­­­­məd­əli Ma­nafzadənin, Sal­man Müm­­tazın şeir­lə­rinin avtoqrafları, 46 sayda məktub vardır.
Azərbaycan, fars, rus, özbək, in­­­­gilis və fran­sız dillərində yazılmış məktubların özü də iki hissəyə – «Qu­­lam Məmmədliyə ya­zılmış mək­tublar» və «Müxtəlif məktublar»a ayrıl­mışdır. Onlardan 43-ü Q.Məm­­­mədliyə ünvanlanmış, qalan 3-ü isə müxtəlif məktublardır. Təəssüf doğurası haldır ki, arxivdə onun özü­nün ailə üzvləri, qohumları və ya müasirlərinə yaz­dı­ğı məktublar yoxdur.
Q.Məmmədlinin həyat və fəaliyyətinin işıqlan­dırılması ba­xımın­dan bu məktublar böyük əhə­miy­yət kəsb edir. Ümumiyyətlə, məktublar hər bir xalqın dilinin, ədəbiyyatının və tarixinin öyrənil­mə­sində xüsusi mahiyyət daşıyır. Şəxsi arxivlərdə qorunan məktubların hər biri müəllifin həyatı, keçdiyi ya­radıcılıq yolu, dünyagörüşü, hissləri, ədəbi-tənqidi düşüncələri, mövcud dövrün ədəbi, ictimai-si­yasi hadisələrinə münasibətini özündə əks etdirir və onu tarixi dəqiqliklə gələcək nəsillərə çatdırır.
Bu baxımdan, Q.Məmmədliyə ünvanlanmış məktublardan bir neçəsi diq­qə­timizi xüsusi olaraq çə­kir. Həmin məktubların hər bi­ri milli-mədəni ir­si­­mi­zin tədqiqi və təbliği işində Q.Məmmədlinin müs­təs­na xidmətlərini üzə çı­xaran etibarlı mənbə kimi qiy­mət­lidir. Fransa, İngiltərə və Finlandiyadan ona ünvanlanmış rəsmi məktublara nəzər saldıqda Q.Məm­məd­li­nin gördüyü işlərin böyüklü­yünün və misilsiz dəyərinin bir daha şahidi olu­ruq. Həmin məktubların Azərbaycan dilinə tər­­cü­­mə­ olunmuş mət­ni ilk dəfə olduğu kimi oxuculara təqdim edilir:
1)İngilis dilində. London, 6 fevral, 1967-ci il. Fond – 31, s.v. 30.
Britaniya Muzeyinin Çap Kitabları Şöbəsi (London- WCı)
6 fevral, 1967
Cənab!
Aşağıda adı qeyd olunan əsəri aldığımızı təsdiqləyirəm və bu şərəfə nail olduğuma görə sizə tə­şək­­kür edirəm. Bu işi Britaniya Muzeyinin qəyyumlarına təqdim etməyiniz olduqca təqdirəlayiqdir.
Bəndəniz,
Çap kitablarının baş mühafizəçisi.
"Molla Nəsrəddin”. (Nəzərə alın ki, məktubunuzdakı sorğuya tezliklə cavab verəcəyik).
2) İngilis dilində. İngiltərə, 16 fevral, 1967-ci il. Fond – 31, s.v. 30.
İngiltərə Kembric Universitetinin Kitabxanası
16 fevral, 1967
Hörmətli cənab!
Bizə göndərdiyiniz "Molla Nəsrəddin” kitabınızı aldıq və buna görə sizə hədsiz minnətdarıq.
Təəssüf ki, bu vaxtadək əlimizdə olan heç bir qəzetdə nə jurnal, nə də onun redaktoru barədə heç bir istinada rast gəlməmişik.
Hörmətlə,
Kitabxananın katibi.
3) Fransız dilində . Paris, 24 fevral, 1967-ci il. Fond – 31, s.v. 30.
Milli Təhsil Nazirliyi Praktik Ali Araşdırmalar Məktəbinin
SSRİ və Slavyan Ölkələri üzrə Məlumat Mərkəzi
Paris, 24 fevral, 1967
Hörmətli professor və həmkarım!
27 yanvar tarixində mənə göndərdiyiniz məktub məni hədsiz məmnun etdi və buna görə sizə ürək­dən təşəkkürümü bildirirəm.
Sizin Molla Nəsrəddin haqqındakı diqqətəlayiq işiniz müstəsna keyfiyyətə malik bir əsərdir. Sizin bu işiniz XIX əsr Zaqafqaziya tarixini araşdıran bütün tarixçilər, eləcə də, Oktyabr inqilabından öncə mü­­səlman dünyasında baş vermiş reformist hərəkatlar tarixi üzərində iş aparan tədqiqatçılar üçün əvəz­­siz baza olmalıdır. XIX əsr müsəlman Zaqafqaziyasında ideya tarixi bu qədər maraqlı olduğu hal­da, ondan örnək götürməli çox şeyin olduğu halda, təəssüf ki, Fransa bu barədə çox az məlumata ma­lik­­dir. Mənim "Molla Nəsrəddin” qəzetində çıxan və bu məktuba əlavə olaraq sizə göndərdiyim ki­çik bir araş­dırmamdan başqa bu problemə həsr olunmuş heç bir iş yoxdur və Cəlil Məmmədquluza­də­nin yüz­­il­liyi haqqında fransız mətbuatında hər hansı bir araşdırmaya rast gələcəyimizə də böyük şüb­həm var. Qərb mətbuatında, ümumiyyətlə, Azəri ədəbiyyatı ilə bağlı rastıma hər hansı bir yazı çıxarsa, əl­bət­­tə ki, sizə onları göndərəcəyəm.
İndi isə əziz həmkarım, mənim sizdən bir xahişim var və ümid edirəm ki, bizim bu istəyimizi rədd et­­­məyəcəksiniz. Məşhur həmyerliniz olan Cəlil Məmməduluzadənin anadan olmasının yüzilliyi şə­rə­fi­nə Praktik Ali Araşdırmalar Məktəbinin buraxdığı "Rusiya və Sovet Dünyası Jurnalı” (jurnalın bir nüs­xə­­­sini bu məktubla birlikdə sizə göndərəcəyəm) üçün C.Məmmədquluzadə haqqında biblioqrafik araş­dır­ma hazırlaya bilsəniz, çox şad olarıq. Misal olaraq, həmkarım Şantal Lömersiyer-Kelköjayın tatar re­for­­­misti Qəyyum Nəsiri haqqında dərc etdirdiyi məqaləsini göstərə bilərəm. Bizim jurnalın əmək­daş­la­rı arasında Moskva, Leninqrad, Kiyev və Tiflisdən olan dəyərli tarixçilər yer alır. Onların sıralarında bir azərbaycanlının yer alması böyük şərəf olardı. Siz bu barədə nə düşünürsünüz?
Sizdən müsbət cavab alacağıma ümid edirəm və xahiş edirəm ki, hisslərimin səmimiliyinə ina­­na­sı­nız.
A.Benniqsen,
Araşdırmalar üzrə direktor.
4) İngilis dilində. London, 15 mart, 1967-ci il. Fond – 31, s.v. 30.
Britaniya Muzeyinin Çap Kitabları Şöbəsi (London-WCı)
15 mart, 1967
Hörmətli cənab!
Bu yaxınlarda bizə göndərdiyiniz kitabınızla bərabər ünvanladığınız sualınıza indi cavab olaraq ya­­zıram ki, "Molla Nəsrəddin” jurnalı ilə bağlı ingilis dilində rast gəldiyim yeganə istinad E.Q.Bra­u­nun 1914-cü ildə Kembricdə nəşr olunmuş "Müasir İran mətbuatı və poe­ziyası” kitabındadır.
Həmin səhifənin fotosurətini məktuba əlavə edirəm.
Hörmətlə,
Mühafizəçi müavini R.C.Fulford.
5) Rus dilində. Finlandiya, 7 avqust, 1967-ci il. Fond – 31, s.v. 30.
Helsinki Universiteti Kitabxanasının Slavyan Şöbəsi
Hörmətli cənab Məmmədli!
Sizin göndərdiyiniz "Molla Nəsrəddin” kitabı artıq çoxdandır ki, bizə gəlib çatıb və bu onun haq­qın­­da Finlandiyaya gəlib çatan ilk xəbərdir. Bizim ədəbiyyatda indiyə qədər bu barədə heç bir mə­lu­mat yox idi. Bizim axtarışlarımız nəticəsiz idi.
Biz dəyərli hədiyyənizə görə təşəkkür edir və bundan sonrakı ədəbi fəaliyyətinizdə sizə uğurlar di­­ləyirik.
Dərin hörmətlə,
Helsinki Universiteti Kitabxanasının Slavyan şöbəsinin direktoru: Sulo Haltsonen.
6) Fransız dilində. Paris, 6 fevral, 1968-ci il. Fond – 31, s.v. 30.
Milli Təhsil Nazirliyi Praktik Ali Araşdırmalar Məktəbinin
SSRI və Slavyan Ölkələri üzrə Məlumat Mərkəzi
Paris, 6 fevral, 1968
Çox hörmətli həmkarım!
30 yanvar tarixində mənə göndərdiyiniz hədsiz xoş məktubunuza, eləcə də, Hüseyn Ərəblinski haq­­­qında kitaba görə sizə dərin təşəkkürümü bildirirəm.
Ayrıca bir banderol içində "Rusiya və Sovet Dünyası Jurnalı”nın 1-ci və 2-ci nömrələrində çı­xan 3 cil­­dini sizə göndərirəm. Bu nömrələrdə müsəlman mətbuatı və Bakıda baş vermiş inqilab hərəkatı haq­qın­da məqalələr ve­rilib.
Sizin Təbrizdə nəşr olunan qəzetlər haqqında digər xahişinizə gəldikdə isə, onu deyim ki, heç bir fran­­sız kitabxanasında, ümumiyyətlə, Qərbi Avropada bu qəzetlərdən yoxdur. Yalnız Kembric Uni­ver­si­­tetinin (İngiltərə) Mərkəzi Kitabxanasında bu qəzetlərdən iki nömrə saxlanılır. Söhbət "Ay molla əmi”dən gedir (1908-ci ildə çıxan yeganə nömrə. Şifrəsi: L 830 a23-3/1). Həmin kitabxanada L 830 a23-3/86 şifrəsi altında 1907-ci ildə Təbrizdə nəşr olunmuş "Vətən dili” qəzetinin bir nömrəsi qorunur. Bəl­­kə eyni "Ana dili” qəzetindən söhbət gedir? Məncə, əgər istəsəniz, Kembric Universitetinə mü­ra­ci­ət edərək, adı çəkilən qəzetin şifrəsini, konkret olaraq Edvard Braun kolleksiyasına təqdim etməklə, bu qə­zetlərin mikrofilminin əldə edilməsini onlardan xahiş edə bilərsiniz. Görünür, bu qəzetlərdən çox az­dır. Hətta dünyanın ən zəngin İran dövri mətbuat materiallarının saxlandığı Tehranın Məclis Ki­tab­xa­na­sında belə bu qəzetlər (bu kitabxananın kataloqu məndə var) mövcud deyil. Amma mən nədənsə, əmi­nəm ki, bu qəzetlər M.Naxçıvaninin şəxsi qədim kitabxanasında mövcuddur. Hal-hazırda bu qədim ki­tabxana Təbriz Universitetində yerləşir. Lakin bu kitabxananın kataloqu əlimdə olmadığı üçün tam əmin deyiləm. Siz bu barədə istənilən vaxt kitabxanaya yaza bilərsiniz. Kitabxananın işçiləri hər za­man canla-başla əməkdaşlıq etməyə hazırdırlar.
Çox ümid edirəm ki, Azərbaycanın qədim və müasir ədəbiyyatı haqqında bir gün bizim jur­na­lı­mız üçün məqalə yazmaq imkanınız olacaq. Belə bir mövzu fransız ictimaiyyətinin çox güclü ma­ra­ğına səbəb olacaq.
Əziz məsləkdaşım, həmkarım, mənim səmimi dostluq hisslərimi ifadə etdiyimə inanın.
Aleksandr Benniqsen
P.S. Mənim sizdən daha bir xahişim var. Sizdən bu istəyəcəyim mənim üçün olduqca vacibdir. 1958-ci ildə Bakıda T.A.İbrahimov (Şalin) "İranda kommunist partiyasının yaradılması” mövzusunda na­­mizədlik dissertasiyası müdafiə etmişdir. Bu tədqiqat işinin mikrofilmini əldə etmək olarmı? Gilan in­qilabı haqqında apardığımız araşdırma üçün bu dissertasiya işi bizdən ötrü əvəzedilməzdir. Bu işi mə­nim üçün əldə edə bilsəniz, sizə hədsiz minnətdar olaram. Öncədən təşəkkür edirəm.
7) İngilis dilində. London, 7 mart, 1968-ci il. Fond – 31, s.v. 30.
Britaniya Muzeyinin Şərq Çap Kitabları və Əlyazmaları
Şöbəsi (London-WCı)
7.3.1968
Cənab!
Aşağıda adı qeyd olunan əsəri aldığımızı təsdiqləyirəm və bu şərəfə nail olduğuma görə sizə tə­şək­­kür edirəm. Bu işi Britaniya Muzeyinin qəyyumlarına təqdim etməyiniz olduqca təqdirəlayiqdir.
Bəndəniz,
Şərq çap kitabları və əlyazmalarının mühafizəçisi.
8) İngilis dilində. İngiltərə, 7 mart, 1968-ci il. Fond – 31, s.v. 32.
İngiltərə Kembric Universitetinin Kitabxanası
7 mart, 1968
Aşağıda adı çəkilən materialın qəbul edildiyini kitabxanaçı təsdiqləyir. Bu işi kitabxanaya ver­mə­yi­niz sizin tərəfinizdən çox təqdirəlayiq bir haldır. Kitabxananın heyəti universitetin təşəkkürlərini sizə çat­dırır.
Hüseyn Ərəblinski: Aktyorun həyat və fəaliyyəti haqqında sənədlər toplusu.
İngilis və fransız dilində olan məktubların Azərbaycan dilinə tərcüməsində öz köməkliyini əsir­gə­məyən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Sayalı Əliyevaya öz tə­şək­kürümü bildirirəm.
Afaq Əliyeva
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru, dosent
P.S. Qulam Məmmədlinin anadan olmasının 120 illik yubileyinə töhfə kimi AMEA Məhəmməd Fü­zuli adına Əlyazmalar İnstitutunun əməkdaşları filologiya üzrə fəlsəfə doktoru Afaq Əli­ye­va və Pərvanə Teyyubova tərəfindən hazırlanan «Qulam Məmmədli arxivinin təsviri» kitabı işıq üzü gör­müşdür. Kitabın redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.
banner

Oxşar Xəbərlər