AZE | RUS | ENG |

Qüdsdə ABŞ səfirliyinin açılışı olub

Qüdsdə ABŞ səfirliyinin açılışı olub
Qüdsdə (Yerusəlim) ABŞ-ın İsraildəki səfirliyinin açılış mərasimi keçirilib.  
 
APA-nın "Fox News”-a istinadən verdiyi xəbərə görə, ABŞ dövlət başçısı Donald Tramp açılışda iştirak etməsə də, video görüntü ilə təbriklərini çatdırıb.
 
D.Tramp təbrikində qeyd edib ki, səfirliyin Qüdsə köçürülməsi ilə bağlı qərar şəhərin yeni sərhədlərini müəyyənləşdirmir. O, həmçinin bildirib ki, Qüdsün İsrailin paytaxtı elan edilməsi Vaşinqtonun ərəb-İsrail münaqişəsində yəhudi hökumətinin tərəfini saxladığını göstərir.
 
İsrailin baş naziri Benyamin Netanyahu isə qərarı düzgün sayıb və D.Trampa təşəkkür edib.
 
Mərasimə D. Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşner də qatılıb.
 
Qeyd edək ki, səfirliyin açılışı fələstinlilərlə İsrail polisinin toqquşmaları ilə müşayiət olunur. Artıq toqquşmalarda 37 fələstinli həlak olub, 1500-ü yaralanıb.
 
Xatırladaq ki, D. Tramp ABŞ-ın İsraildəki səfirliyinin Tel-Avivdən Qüdsə köçürüləcəyini 2017-ci il dekabrın 6-da bəyan edib. Onun bu qərarı beynəxalq ictimaiyyət arasında böyük rezonansa səbəb olub.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6321
GBP 1 İngilis funt sterlinqi 2.2216
TRY 1 Türk lirəsi 0.3012
KWD 1 Küveyt dinarı 5.6036
SEK 1 İsveç kronu 0.1892
EUR 1 Avro 1.9570
CHF 1 İsveçrə frankı 1.7059
USD 1 ABŞ dolları 1.7000