• cümə, 26 Aprel, 21:53
  • Baku Bakı 22°C

Qüdrət Həsənquliyev: “Trampın qərarı dünyada islamofobiyaya yol açır”

01.02.17 14:50 704
Qüdrət Həsənquliyev: “Trampın qərarı dünyada islamofobiyaya yol açır”
"Azərbaycan ABŞ-ın müxtəlif qurumları, qeyri-hökumət təşkilatları tərəfindən tənqidə məruz qalıb. ABŞ-da bu günlərdə 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a buraxılmaması barədə qərar qəbul edib. Biz, Azərbaycandasiyasi partiyalarolaraq, buna etirazımızı bildirməliyik”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev söyləyib.
O bildirib ki, ABŞ prezidenti Donald Trampın qəbul etdiyi qərar dünyada islamofobiyaya yol açır: "Azərbaycanda bu il İslam Həmrəyliyi ili elan edilib. ABŞ demokratiyanın müdafiəçisi kimi özünü qələmə verdiyi halda, belə qərar qəbul etməsi utancdır. Etirazımızı bildirməliyik”.
banner

Oxşar Xəbərlər