• cümə, 26 Aprel, 23:29
  • Baku Bakı 22°C

Qüdrət Həsənquliyev: “Əsas məqsəd ölkədə təhlükəsizliyi və davamlı sabitliyi təmin etməkdir”

25.08.16 19:05 900
Qüdrət Həsənquliyev: “Əsas məqsəd ölkədə təhlükəsizliyi və davamlı sabitliyi təmin etməkdir”
"Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdə Nazirlər Kabinetinin heç bir səlahiyyətinə toxunulmur. Ona görə də Nazirlər Kabinetinin özünü doğrultmaması ilə bağlı fikirlərlə razı deyiləm".BunuAPA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev söyləyib.

BAXCPsədri cəmiyyətin inkişafı ilə əlaqədar Konstitusiyaya əlavə və dəyişikliklərin zəruri olması barədə arqumentlə də razılaşmır: "İnkişafı təmin edən Konstitusiyanı dəyişmirlər, əksinə, ciddi surətdə qoruyurlar. Hansısa qanun, yaxud Konstitusiya inkişaf üçün maneəyə çevrilirsə, dəyişdirilir”.

Onun fikrincə, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı təşəbbüsün indi ortaya çıxmasının səbəbi regionda və dünyada baş verən siyasi proseslər və qanlı olaylardır: "Biz görürük ki, ölkələr, həm də bizə yaxın ölkələr bir-birinin ardınca xaosa bürünür. Məsələn, Azərbaycana kifayət qədər yaxın olan Ukraynada vəziyyət göz qabağındadır. Hərbi çevriliş cəhdindən sonra Türkiyədə hər gün terror hadisələri, ölkə daxilində çəkişmələr, həbslər var. Düşünürəm ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdə ən əsas məqsəd ölkədə təhlükəsizliyi və davamlı sabitliyi təmin etməkdir. Məhz buna görə prezidentlik institutunun müddəti artırılır".

Q. Həsənquliyev vitse-prezidentlik institutunun ayrı-ayrı sahələrə nəzarəti gücləndirmək üçün yaradıldığını düşünür: "Bir neçə vitse-prezident postu yaradılırsa, başqa cür düşünmək olmur".

BAXCPsədri bildirib ki, vitse-prezidentlərin qərar qəbul etmək səlahiyyəti yoxdur: "Bu gün Azərbaycan qanunvericiliyinə görəNazirlər Kabinetiqərarlar qəbul edir. YəniNazirlər Kabineti, baş nazir yerində qalır, birinci vitse-prezident olmazsa, prezidentin səlahiyyətləri baş nazirə keçir. Baş nazir hər hansı səlahiyyəti alınsa idi, fərqli düşünmək olardı. Ona görə də düşünürəm ki, vitse-prezidentlik institutu məhz ayrı-ayrı sahələrə nəzarəti gücləndirmək üçün yaradılır. Hazırda qərarların icrasına nəzarəti baş nazir həyata keçirir. Azərbaycanda isə nazirliklərin sayı həddən artıq çoxdur. Azərbaycanda Nazirlər Kabinetinin üzvlərinin sayı 40-a qədərdir. Vitse-prezidentlər prezidentin tapşırığı əsasında və birbaşa prezidentlə işləyəcəklər. Beləliklə, prezidentin sürətli məlumat almaq, daha çevik reaksiya vermək, qərar qəbul etmək və nəzarət etmək imkanı olacaq. Mütləq vitse-prezidentlər arasında vəzifə bölgüsü olacaq”.

Q. Həsənquliyev islahatları şərtləndirən ikinci əsas məqamın Dağlıq Qarabağ məsələsi olduğunu düşünür: "Dağlıq Qarabağ məsələsi ilə bağlı Rusiyanın davranışlarından hiss olunur ki, onlar artıq hansısa formada bu problemin həllini istəyirlər. Daxili niyyətlərinin nə olduğunu təhlil etmək mənim üçün çətindir. Doğurdanmı, Rusiya Qafqazda artıq sülh yaranmasını, bununla da, özünü dünyaya sülh yaradan bir dövlət kimi təqdim etmək istəyir? Rusiya əvəzində heç nə almadan bunu edirsə, deməli, bundan sonrakı mərhələ üçün hansısa planı var".

BAXCPsədri qədim Azərbaycan atalar sözündən istifadə edir və bildirir ki, "pulsuz pendir yalnız tələdə olur".

O bildirir ki, Azərbaycanı istənilən kataklizmdən qorumaq üçün prezidentlik institutunun gücləndirilməsi zəruri sayılıb: "Bir sözlə, referendumu şərtləndirən əsas amil bu gün dünyada baş verən qanlı və qorxulu olaylardır. Digər tərəfdən, Dağlıq Qarabağ məsələsi ilə bağlı artıq real addımların atılmasına ehtiyac yaranıb. İstər sülh, istərsə də müharibə yolu ilə belə bir addımın atılacağı təqdirdə mərkəzi hakimiyyətin gücləndirilməsinə ehtiyac var”.

BAXCP-nin Azərbaycanda dövlət modeli ilə bağlı mövqeyinə gəlincə, Q. Həsənquliyev partiyasının gələcəkdə Azərbaycanın parlamentli respublika modelinə keçməsinin tərəfdarı olduğunu qeyd edib.
banner

Oxşar Xəbərlər