• cümə axşamı, 25 aprel, 04:44
  • Baku Bakı 19°C

Qubernator Şota Rexviaşvili: Kvemo Kartli bölgəsi böyük potensiala malikdir

13.04.19 15:30 429
Qubernator Şota Rexviaşvili: Kvemo Kartli bölgəsi böyük potensiala malikdir
Məqsədimiz Kvemo Kartli-Borçalı bölgəsinə sərmayə qoyuluşunu artırmaq və bu regionda yerli sahibkarlığı daha da inkişaf etdirməkdir.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili söyləyib. O deyib ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kobulia və digər hökumət üzvləri Kvemo Kartli bölgəsində olub, Bolnisi rayonunda 200-ə yaxın yerli kiçik və orta sahibkarlarla görüşüb. Görüşdə bölgənin iqtisadi, turizm potensialı, inkişaf perspektivləri müzakirə olunub.
G.Kobulia Kvemo Kartli bölgəsinin inkişafı üçün prioritet istiqamətlər barədə də məlumat verib. Bildirib ki, bölgənin iqtisadi inkişafında qida sənayesi, kənd təsərrüfatı və turizm sahələri mühüm rol oynaya bilər. Bu sahələrin böyük potensialı var. Nazir bildirib ki, hökumət bölgədə qida sənayesi və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlara yardım məqsədilə yüksək ixtisaslı mütəxəssislər cəlb etmək niyyətindədir. Nazir qeyd edib ki, hökumət bölgədə turizmin inkişaf etdirilməsi üçün investorlarla əməkdaşlığa hazırdır.
Qubernator bildirib ki, bölgənin inkişafı üçün infrastruktur layihələr də həyata keçiriləcək. İlk növbədə yol infrastrukturu inkişaf etdiriləcək. Bu da, öz növbəsində, turizmin inkişafını təşviq edəcək.

banner

Oxşar Xəbərlər