• cümə axşamı, 28 mart, 22:13
  • Baku Bakı 13°C

Qubalı milyarderin brilliantlarını əlindən aldılar

16.08.13 15:51 3098
Qubalı milyarderin brilliantlarını əlindən aldılar
Əslən Qubadan olan biznesmen Qod Nisanovun həyat yoldaşına aldığı brilliant sırğa İsraildə əlindən alınıb. Lent.az-ın “İzRus”a istinadən verdiyi məlumata görə, hadisə Ben-Qurion adına hava limanında baş verib.
Əksəriyyəti yəhudi əsilli biznesmenlərdən ibarət qrup hava limanında saxlanılıb. Gömrükdə onları 2 saatdan çox gözlədiblər. Biznesmenlərə heç su da təklif olunmayıb. İki dəfə ciddi axtarışa məruz qalan iş adamlarının çemodanlarındakı əşyalar döşəməyə səpələnib. Hətta onların uçduqları təyyarənin stüardessaları da yoxlanılıb. Yoxlanılanlar arasında digər qubalı Zarax İliyev də olub.
Məlumata görə, biznesmenlər İsraildə yaşayan dostlarından birinin anasının yasına gedirmişlər. İsrail vergi idarəsinin mətbuat katibi İris Dor-On bildirib ki, Qod Nisanovdan bəyannamədə göstərmədiyi çox bahalı brilliant sırğalar müsadirə olunub. Biznesmen özü “İzRus”a bildirib ki, bildirib ki, sırğaları həyat yoldaşına hədiyyə olaraq, İspaniyanın Malaqa şəhərindən alıbmış.
Qeyd edək ki, Qod Nisanov və Zorax İliyev uşaqlıq dostlarıdırlar. Hər ikisi Qubanın Qırmızı Qəsəbə kəndində anadan olublar, orada boya-başa çatıblar. Onların hər birinin əmlakı, “Forbes”in qiymətləndirməsinə əsasən, 3 milyard dollara yaxındır. Qeyd edə ki, Azərbaycanlı müğənni Xəyyam Nisanov Qod Nisanovun yaxın qohumudur.
banner

Oxşar Xəbərlər