• cümə, 19 Aprel, 18:04
  • Baku Bakı 24°C

Qubada qətl: Yeni ana olmuş arvadını amansızlıqla öldürdü

04.06.13 14:51 1593
Qubada qətl: Yeni ana olmuş arvadını amansızlıqla öldürdü
Quba rayonunun Aşağı Atuc kəndində ər arvadını qətlə yetirib. Lent.az-ın Regional TV-yə istinadən verdiyi məlumata görə, bu gün kənd sakini, 1988-ci il təvəllüdlü Mahmudov Elman Valeh oğlu qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayaraq qətlə yetirib. Kənd sakinlərinin bildirdiyinə görə, Elman Mahmudov 1 ildir qeyri-rəsmi nikahda yaşayır. Bu nikahdan onun 39 günlük uşağı var. Elman Mahmudov fəhləliklə məşğuldur.
Hazırda hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq işlər aparır.
banner

Oxşar Xəbərlər