• cümə axşamı, 28 mart, 14:43
  • Baku Bakı 16°C

Qubada məktəb binası qəzalı vəziyyətə düşüb

17.10.17 18:10 2420
Qubada məktəb binası qəzalı vəziyyətə düşüb
Qubanın Qımıl kəndində şəhid Alimşah Tahirovun adını daşıyan kənd məktəbinin 3 korpusundan ikisi qəzalı vəziyyətdədir.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, bu ayın əvvəlində Quba rayonunda baş verən zəlzələdən sonra məktəb binasındakı çatlar böyüyüb. İbtidai sinif şagirdləri 2006-cı ildəyeni tikilən korpusda təhsil alsalar da, yuxarı sinif şagirdləri bu imkandan məhrumdurlar. Korpuslardan biri 1935-ci ildə, digəri isə 1980-ci illərdə istifadəyə verilib.
Kənd məktəbinin direktoru İsa Bayramov bildirib ki, iki korpusun istifadə müddəti bitib: "Binalar qəzalı vəziyyətə düşüb, ayın əvvəlində baş verənzəlzələdə bu prosesi sürətləndirib”.
Quba rayon Təhsil Şöbəsindən verilən məlumata görə, həmin kənddə yeni məktəb binasının tikintisi nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər